"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Gənclər Günü” ilə əlaqədar Heydər əliyev Mərkəzinə ekskursiya təşkil edilib

--2018-02-03 / 06:04

“Gənclər Günü” ilə əlaqədar “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyi  Heydər əliyev Mərkəzinə ekskursiya edibdir.

Bu barədə məlumat adıçəkilən QHT –dən daxil olub.

Təşkil edilmiş ekskursiyada “Psixoloji Xidmət və Tədqiqatlar” iB –nin nümayəndələri və Ali təhsil müəssisələrinin Loqos üzrə koordinator tələbələri iştirak ediblər.

Ekskursiya çərçivəsində tələbələr mərkəz ilə yaxından tanış olub və onlar Heydər əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər əliyev Muzeyini ziyarət ediblər. Həmçinin dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

Belediyye.info

 

 

ŞƏRHLƏR