"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

--2017-01-20 / 17:08

Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 27-cı  ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Bu barədə Belediyye.infoya  məlumat Binəqədi RiH dən daxil olub.

 Tədbirdə Rayon icra Hakimiyyəti  başçısının birinci müavini ilqar Süleymanov, Rayon icra Hakimiyyəti  başçısının müavinləri Vüsar ismayılov və Aygün əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

 Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışdı.

   Tədbirdə  çıxış edənlər “20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz ismayılov , 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası  Bağda Nəbiyeva və Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini  ilqar Süleymanov  çıxış edərək 20 Yanvar  faciəsindən 27 il ötməsinə baxmayaraq  həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırdılar. Natiqlər qeyd etdilər ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Natiqlər çıxışlarında vurğuladılar ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər əliyev Fondu və onun Prezidenti Mehriban xanım əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. O cümlədən, çıxışlarda Qələbə gününün uzaqda olmadığını diqqətə çatdıran natiqlər bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin  başçısı, Ali Baş Komandan, Prezident ilham əliyevin bu istiqamətdə qətiyyətli addımlarının da zəmanət verdiyini bildirdilər.

Daha sonra tədbirdə şirzad Pirallahının ifasında  Vətənpərvərlik şeri və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" ictimai Birliyinin sədri şəmistan əlizamanlının ifasında vətənpərvərlik mahnısı ifa edildi.

 Anım mərasimi bitdikdən sonra gecə saatlarına qədər tədbir iştirakçıları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildirdilər.

Belediyye.info

 

 

ŞƏRHLƏR