"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Heyvanlara qayğı uşaqların gözü ilə” adlı rəsm sərgisinə yekun vuruldu

--2017-03-29 / 16:18

 

Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzində Xətai Rayon icra Hakimiyyəti, rayon Gənclər və idman idarəsi, Xətai rayon Bələdiyyəsi və Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin birgə təşkilati dəstəyi ilə  keçirilən “Heyvanlara qayğı uşaqların gözü ilə” adlı   rəsm sərgisinin mükafatlandırma mərasimi keçirilib. Bu barədə  Belediyye.infoya məlumatı Xətai Rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayeva verib.  

Tədbirdə layihə rəhbəri Xətai Rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayeva layihə haqqında ətraflı məlumat verməkllə, tədbirin təşkil olunmasında dəstəyi olan bütün qurumlara  təşəkkürünü bildirib.

Xətai Rayon icra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah imanov,” Yeni Həyat” Humanitar və Sosial Dayaq ictimai Birliyinin sədri Nailə ismayılova, “Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar ismayılov və Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin direktoru Könül Hüseynova çıxış edərək bu tipli  layihələrin sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar əldə etdiklərini və həmçinin onlarda təbiətə, heyvanlara qayğı haqqında yeni fikirlər formalaşdığını xüsusi olaraq vurğulayıblar.

Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

Belediyye.info

ŞƏRHLƏR