"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“islam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirilib

--2017-04-26 / 12:12

 Mingəçevir bələdiyyəsinin inzibati binasında “islam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Azərbaycanda “islam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar Mingəçevir Bələdiyyəsi və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “islam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev açaraq bildirdi ki, Prezident ilham əliyev tərəfindən  2017-ci ilin Azərbaycanda “islam Həmrəyliyi ili” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın islam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə aparıcı məsləhətçisi əlisa Fərəcov “islam  həmrəyliyinin  təbliğində  dini qurumların  rolu”, Mingəçevir şəhər icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib əliyev “islam  həmrəyliyi  insanları  barışa  səsləyir”, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir şiHB yanında Dini işlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı “islam  həmrəyliyi  beynəlxalq  kontekstdə  ikili  standartlara  qarşı” və “Mənəvi Saflıq” Vətəndaş Maarifçiliyi Fondunun sədri əhməd Məmmədov “islam  həmrəyliyi  din  və  məzhəb  ayrı-seçkiliyinə  qarşı” mövzularında çıxış etdilər.

Mövzu ətrafında tədbir iştirakçıları – şəhərdə fəaliyyət göstərən məscidlərin axund və imamları, din xadimləri, dini icma və bələdiyyə üzvləri fikir və rəylərinin bildirdilər.

Belediyye.info

 

ŞƏRHLƏR