"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“işsizəm, gedirəm evə...” - Xaləddin isgəndərov

--2018-05-17 / 14:19

Prezident ilham əliyevin sərəncamı ilə işdən çıxarılan Binəqədi rayon icra başçısı Xaləddin isgəndərov açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, o, musavat.com-a heç bir vəzifəyə təyinat almadığını qeyd edib:

"Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam”.

 X. isgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.isgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

http://qafqazinfo.az/news/detail/issizem-gedirem-eve-xaleddin-isgenderov-219348

ŞƏRHLƏR