"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Jek”lərin ləğvi istiqamətində növbəti addım atılıb

--2016-03-13 / 23:10

iqtisadiyyat Nazirliyi  “Jek”lərin ləğvi istiqamətində növbəti  addımlar  atıb. 

Bununla bağlı nazirlik bələdiyyələrə müraciət ünvanlayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Bakının Binəqədi, Xətai, Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında Mənzil Məcəlləsinə uyğun olaraq 19  Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb. Təsis edilən MMMC-lər ədliyyə Nazirliyindən qeydiyyata alınıb.

Bu gün nazirliyin əsas məqsədi  əhali arasında maarifləndirmə işləri aparılması məqsədilə bələdiyyələri  prosesə cəlb edilməsi istəyindədir.

Hazırda nazirliyin xətti ilə Mingəçevir, Sumqayıt və Nəsimi bələdiyyələrində informasiya mərkəzləri yaradılıb.

Bələdiyyələrə ünvanlanan müraciətin əsas məqsədi bələdiyyələr tərəfindən maarifləndirci informasiya mərkəzlərinin yaradılması tövsiyyə olunur.

Belediyye.info   

ŞƏRHLƏR