"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının yekun təqdimatında assosiasiya sədri də iştirak edib

--2021-11-13 / 15:31

Türkiyənin istanbul şəhərində “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının yekun mükafatlandrıma mərasimi keçirilib.Yekun təqdimat mərasiminə Türk Dünyası Bələdiyyələr Birliyinin dəvətiylə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Asssosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevdə iştirak edib. əlavə edək ki, T.Tağyev həmdə TDBB-nin idarə heyətinin üzvüdür.

Səfər təəsüratlarını Belediyye.info ilə bölüşən Təmraz Tağıyev tədbirin yüksək səviyyədə təşkilindən və bu festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım əliyevaya “şərəf mükafatı” təqdim olunmasından məmnunluq duyduğunu qeyd edib.

Onu da əlavə edim ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq, o cümlədən TDBB Birliyinə üzv olan ölkələrindən olan həmkarlarımızda qatılmışdı.

Sədrin sözlərinə ğörə, Türk dünyası ölkələrinin iştirakıyla bu tipli tədbirlərin təşkili ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına dəstək verəcək

Təmraz Tağyev tədbirdə TDBB-nin idarə heyətinin üzvləriylə görüşdüyünü də qeyd edib.

əlavə edək ki, assosiasiya sədri TDBB-nin idarə heyətinin digər üzvləriylə birgə Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının katibliyinin yeni binasının açılış mərasimində də iştirak ediblər.

Belediyye.info

 

ŞƏRHLƏR