"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin birinci mərhələsi başa çatıb

--2018-02-19 / 06:59

“Loqos” un Gənclik filialında Loqos və “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyi tərəfindən “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin birinci mərhələsinin ikinci təlimi keçirilib. Təlimlər “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb.

Keçirilən ikinci təlimdə iştirakçılara “Layihələrdə büdcə təşkili qaydaları “ haqqında geniş məlumat verilib. Daha sonra 1-ci təlimdə komandalara verilən praktik tapşırığın əsasında hazırlanan layihələrin təqdimatı olub.

Təlimin sonunda iştirakçılar test tapşırıqlarını icra ediblər. Məlumat üçün bildirək ki, Loqosda başlanan bu təlimlər davamlı olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR