“Loqos” və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” ictimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə Prof.Dr. ishak Özkan ilə görüş keçirilib.
Görüşdə “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTM-nın icraçı direktoru Leyla Kərimova, “Loqos” un Təlim-Tədris şöbəsinin rəhbəri Günel Axundova, Prof.Dr., Türkiyənin məşhur psixiatrı, Konya Gida və Tarım Üniversitesinin psixologiya bölmünün rəhbəri ishak Özkan, xanımı, türk yazarı Ülkü Taşlıova və gənclər iştirak ediblər.
Görüş zamanı qonaq əvvəlcə Mərkəz ilə tanış olub və sonra ishak Özkan hocanın çalışdığı Konya Gida və Tarım Üniversitesinin təqdimatı edilibdir.
Daha sonra Azərbaycanda ilk dəfə olaraq Prof.Dr. ishak Özkan “Ailə dəyərləri”, “Ailənin şəxsiyyətin inkişafındakı rolu”, “əxlaqi dəyərlərin qorunması”, “Sevgi münasibətləri” və “insani keyfiyyətlər” mövzularında seminar veribdir. Seminar zamanı bildirilib ki, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.
Seminar zamanı gənclərin mövzular üzrə sualları cavablandırılıb.
Belediyye.info