“Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi Regionlarla bağlı layihələrini uğurla yekunlaşdırıb.
2018-ci ilin əvvəlindən regionlarda əhali üçün start verilən ödənişsiz psixoloji konsultasiyalar dekabr ayında Xaçmaz və Saatlı rayonlarında yekunlaşıb. ilboyu ölkəmizin bir sıra regionlarında əhaliyə göstərilən psixoloji xidmət çərçivəsində yerli sakinlər üçün yaş məhdudiyyəti nəzərə alınmadan psixoloji, pedaqoji və loqopedik müayinələr həyata keçirilib.
Keçirilən görüşlərdə “Loqos” un psixoloq, pedaqoq və loqopedik komandası iştirak edib və əhaliyə psixoloji xidmət göstərilib.
Xaçmaz və Saatlı rayonlarında əhali ilə keçirilən görüşdə iştirak edən “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzi, Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyinin sədri Təranə Məmmədova bildirib ki, həyata keçirilən bütün layihələrimiz təkcə Bakı şəhər daxilində deyil, regionlar da mütəmadi keçirilir. Sizlərə xidmət etmək işimizin əsas qayəsini təşkil edir və bu xidmət yeni ildə də davam edəcəkdir.
Sakinlər keçirilən aksiyaya görə “Loqos” və PXTiB-nin kollektivinə təşəkkürlərini bildiriblər.
Belediyye.info