sorğu
“Loqos” un Azadlıq filialında Loqos və “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyi tərəfindən “Layihələrin yazılması və idarə edilməsi” adlı növbəti təlimlər keçirilib. Bu barədə məlumatı “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyindən daxil olub.
Təlimlər “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb.
Keçirilən təlimdə iştirakçılara layihələrin yazılması qaydaları haqqında geniş məlumat verilib. O cümlədən, iştirakçılar qruplara bölünərək onlara praktik tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, təlimin ikinci hissəsində qrupların təqdimatı olacaq və təlimin sonunda iştirakçılar test edilərək, onlara sertifikatlar veriləcək.
Belediyye.info
|
|
|