"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Loqos”da “Sosiallaşma proqramı” adlı tədbir keçirilib

--2018-11-02 / 07:19

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyin nəzdində yaradılan “Gənclər şöbəsi” nin təşəbbüsü “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin dəstəyi ilə fiziki məhdud uşaqlar üçün “Sosiallaşma proqramı” adlı tədbir keçirilib.

Tədbirdə PXTiB – nin Gənclər şöbəsinin fəalları, 55 nömrəli tam orta məktəbin müəllimləri və fiziki məhdud olan uşaqların valideynləri iştirak ediblər.

Tədbir zamanı uşaqlar üçün musiqi proqramı, rəsm, face – art, rəqslər və viktorinalar təşkil edilib. Fiziki məhdud uşaqların cəmiyyətə sosiallaşması məqsədilə keçirilən tədbir uşaqlar və onların valideynləri tərəfindən müsbət qiymətləndirilib.

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi

ŞƏRHLƏR