Binəqədi rayon icra Hakimiyyəti və M.ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RiH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub. Bu barədə məlumatı Binqədi rayon M.ə.Rəsuzladə bələdiyyəsi yayıb.
Ekskursiyada ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, 99, 100, 103 nömrəli tam orta məktəblərin şagirdləri və ASAN könüllüləri iştirak ediblər.
Qeyd edə kki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib.
Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident ilham əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub.
Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilib.
Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verilib. Sonra şagirdlər muzeyin akt zalında Xocalı soyqırımından bəhs edən videoçarxa baxıblar.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|