Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Mülk” Assosiasiyası tərəfindən “Mülkiyyətçilərin bələdiyyələrə vergi və əmlak ödəmələri, Azərbaycan Respublikasının Qanunlarına dair, eləcə də əmlak vergilərinin hesablanması ilə bağlı maariflənmə işinin təşkili” layihəsi çərçivəsində Yasamal rayon sakinləri görüş keçirilib.
Yasamal RiH-n dəstəyi və sakinlərin iştirakı ilə keçirilən tədbirdə “Mülk” Assosiasiyasının prezidenti Dilarə Vəliyeva layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan qanunvericiliyində, o cümlədən Vergilər Məcəlləsində, Mülki Məcəllədə və digər hüquqi aktlarda əmlak vergisinin hesablanması və yığımı ilə bağlı müddəalar öz əksini tapıb: “Qeyri-hökumət təşkilatı olaraq, qanunvericiliyin tələblərinin maarifləndirmə yolu ilə əhaliyə çatdırılması bizim üzərimizə düşür. Məhz bu məqsədlə əhali ilə görüşlər keçirilir”.
Təlimçi-hüquqşünas Tərlan ismayılov Azərbaycan qanunvericiliyində yer alan vergilərin ümumi məzmunu, təsbiti və tətbiqi barədə danışıb. O bildirib ki, əmlak vergisi bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “əmlak vergisinin toplanması üçün ilk növbədə vətəndaş tərəfindən mülkiyyətə dair sənədlər toplanmalı və bələdiyyədən qeydiyyatdan keçirilməlidir. Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, vətəndaş bilməlidir ki, onun ödədiyi vergi hesabına yaşadığı ərazidə abadlaşdırma və digər işlər həyata keçirilir.
əmlak vergisinin hesablanması və toplanması ilə bağlı əvvəllər problemlər olub. Lakin Prezident ilham əliyevin müvafiq sərəncamı ilə bu məsələ birdəfəlik aradan qalxıb.
Beləki, mülkiyyət sahələrinin kvadrat/metrlə hesablanması və zonalar üzrə konkret rəqəmlərin açıqlanması istər bələdiyyələrin, istərsə də vətəndaşların işini yüngülləşdirdi”.
T.ismayılov əmlak vergisinin blədiyyələr hesablanması və toplanması ilə bağlı qaydalara toxunub: “ilk olaraq, onu qeyd edim ki, avqustun birinədək tədiyyə bildirişləri vətəndaşlara paylanılmalıdır. əgər vətəndaş əmlak vergisini ödəmirsə, noyabırın 15-dən sonra son xəbərdarlıq edilir. Daha sonra ödənilməyən əmlak vergisi ilə bağlı vətəndaşın iştirakı ilə aktlaşdırma aparılır. Vətəndaşın aktı təsdiqləməsi və imtina etməsindən asılı olamayaraq, bələdiyyədə iclas keçirilir və məhkəməyə müraciət olunması bağlı qərar qəbul edilir
Onu da diqqətinizə çatdırım ki, əmlak vergisi ilə bağlı bir sıra kateoqriyadan olan insanlara güzəştlər də tətbiq edilir”.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və onlara məlumatlandırıcı materiallar paylanılıb.
Belediyye.info
|
|
|
|