"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Novruz bayramı” ərəfəsində şəhid qəhrəman anılıb

--2017-03-15 / 16:59

Belediyye.infoya daxil olan məlumata görə, Binqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin ictimai-humanitar sektornun təşkilatçılığı ilə şəhid Abdullayev Tahir əvəz oğlunun bələdiyyə tərəfindən hazırlanan xatirə lövhəsinin önündə yad edilib. Bununla bağlı keçirilən tədbirdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə qulluqçuları iştirak edib.

M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda prezident ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir, müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıda bu qəbildəndir. Bu günkü gündə vətəndaşlarımızın, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır. 

M.ə.Rəsulzadə bələdiyyəsi olaraq şəhid ailələrini hər zaman diqqətdə saxlamağı özümüzə borc bilirik. şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirib.

Məlumatda o da bildirilir ki, tədbirdə keçmiş şəhidlərimizin əziz xatirəsini ruhuna dualar oxuyaraq, ehtiramla yad edilib.

Xatırlatma:

Abdullayev Tahir əvəz oğlu 18 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 
1982-1990-cı illərdə 115 saylı orta məktəbdə təhsil alıb.
1990-cı ildə radio-texniki peşə məktəbində təhsilini davam etdirib.
Peşə məktəbindən sonra Bakı kompyuter liseyinə daxil olub. Birinci kursda könüllü olaraq hərbi xidmətə gedib, rabitəçi olub. 1994-cü ilin aprelin 24-də Ağdam rayonu şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb və Azərbaycan Respublikası Binəqədi rayonu Xalq Məhkəməsinin 2-368 saylı 15.05.1997-ci il tarixli qətnaməsi ilə Tahir Abdullayevə şəhid statusu verilib.

Belediyye.info

ŞƏRHLƏR