"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“O Qəhrəman Sənsən” layihəsinə start verildi

--2017-12-04 / 17:53

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin qalibi olmuş  “O Qəhrəman Sənsən” adlı layihəyə start verilib. Bu barədə Belediyye.infoya  məlumatı layihə rəhbəri verib.

Lahiyə çərçivəsində keçirilən ilk tədbirdə tədbiri açan  lahiyə rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və fikirlərini bölüşüb, bu mövzunun gənclər üçün maraqlı olacağını bildirib.

“O Qəhrəman Sənsən” adlı layihənin aktual olduğunu qeyd edib.

Lahiyə rəhbəri Sənan Məmmədli  daha sonar bildirib:” Heç bir Azərbaycan gənci öz vətənin doğma ata-baba yurdunun ərazi bütövlüyünün qorunmasına və torpaqlarının düşmən tapdağı altında qalmasına heç vaxt biganə qala bilməz. Lazim gəlsə Cənab Ali Baş Komandan ilham əliyevin əmri ilə torpaqlarımızı qısa zamanda geri qaytara və ərazi bütövlüyümüzü bərpa edə bilərik. Bunun bariz nümunəsini 2aprel hadisələri zamanı hər birimiz şahid olduq.”

Tədbirdə iştirak edən Azərbaycan Respublikası 20 Yanvar ictimai Birliyinin Sədri Sultan əzimzadə, Azərbaycan Respublikası 20 Yanvar ictimai Birliyinin müavini və istefada olan sərhədçi zabit Mustafa əliyev lahiyə haqqında fikirlərini bildiriblər.

Çıxış edən natiqlər bildiriblər ki, onlarla qəhrəman hərbiçilərimiz öz qanları, öz canları bahasına düşmənə layiqli cavab verib və illərdir düşmən postuna çevrilmiş Lələ Təpə zirvəsini ələ keçiriblər.

Bir sözlə qəhrəman Azərbaycan əsgəri təkcə düşmən Ermənistan deyil, bütün dünyaya öz şücayətini göstərdi. Sonda hər birimizə məlum olduğu kimi  ölkəmizdə təhsilə, təlim-tərbiyəyə, gənclərin intelektual və yaradıcı istiqamətdə inkişafına dövlət dəstəyi danılmazdır.

 Sonda Tədbirdə iştirak edən gənclər çay süfrəsində iştirak ediblər.

Belediyye.info

 

ŞƏRHLƏR