"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“özünü inkişaf etdir” adlı fərdi layihə başa çatıb

--2016-02-24 / 20:11

Bakı Humanitar Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, fəal gənc  Qartal Budaqlının “Özünü inkişaf etdir” adlı fərdi layihəsi çərçivəsində beşinci təlim və layihənin bağlanış mərasimi keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, Bakı Humanitar Kollecinin Pedaqoji şöbəsinin müdiri Talıb Zülfiyev, təlimçi-Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, kollecin tələbələri iştirak ediblər.
idarə rəisi Qüdsi Bayramov və şöbə müdiri Talıb Zülfiyev çıxış edərək ölkəmizdə uğurla icra olunan dövlət gənclər siyasətindən bəhs ediblər. Qeyd edilbər ki, ölkə başçısının gənclərə olan diqqət və qayğısı bu gün gənclərimiz üçün böyük stimuldur. 
Bu cür layihələrin həyata keçirilməsinin gənclərin peşəkarlığının artırılmasında böyük rolu olduğunu vurğulayan natiqlər, bu baxımdan Gənclər Fondunun gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətinin danılmaz olduğunu bildiriblər. 
Tədbir layihə iştirakçılarının Serifikatla təltif olunması ilə davam etdirilib.

Belediyye.info

ŞƏRHLƏR