Binəqədi Rayon icra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirildi. “Məlumat saatı”nda Rayon icra Hakimiyyəti başçısnın müavini Aygün əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri isaxan Vəliyev, iqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Vüqar Bayramov, RiH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və idman idarəsinin rəisi, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RiH başçısının QiəD və SiəD üzrə nümayəndələri, ASAN könüllüləri və YAP fəalları iştirak etmişlər.
Tədbiri Rayon icra Hakimiyyəti başçısnın müavini Aygün əliyeva açaraq, dəvəti qəbul etdiyi üçün Rayon icra Hakimiyyəti adından qonaqlara təşəkkür etdi. Giriş sözü ilə çıxış edən müavin A.əliyeva qeyd etdi ki, məhz Azərbaycanın Ümumilli lideri Heydər əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə iqtisadi vəziyyət stabilləşdi və iqtisadi islahatlar aparılmağa başladı. Cənab prezident ilham əliyevin qətiyyəti ilə bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur.
Növbəti çıxış etmək üçün söz Bilik Fondunun Aparat rəhbəri isaxan Vəliyevə verildi. i.Vəliyev qeyd etdi ki, 90-cı illərin əvvəllərində ölkəmiz iqtisadi cəhətdən böhran dövrünü yaşayırdı. Ulu öndər Heydər əliyevin uzaqgörən siyasəti nəticəsində bugün iqtisadiyyatımız Azərbaycan vətəndaşınan sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Daha sonra mövzu ətrafında mühazirə ilə çıxış etmək üçün söz iqtisadçı-ekspert Vüqar Bayramova verildi. Natiq bildirmişdir ki, ölkə iqtisadiyyatı 2014-cü ildən artıq yeni Postneft adlanan yeni bir mərhələyə qədəm qoymuşdur və neft sənayesi olan ölkələr arasında Azərbaycan ilk ölkədir ki, postneft iqtisadi yolunu elan etmişdir. Bundan əlavə, 2016-cı ildə ölkə başçısı tərəfindən imzalanan “Strateji Yol Xətirəsi” gələcəkdə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına və qeyri-neft sektorunun daha da şaxələnməsinə təkan verəcəkdir.
Tədbirin sonunda auditoriyanın sualları cavablandırıldı.
Belediyye.info