"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda” ictimai Birliyi “Yay məktəbi” təşkil edəcək - LAYIHə çəRçiVəSiNDə

--2016-07-19 / 21:14

“Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda” ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə   15 iyul 2016-cı il tarixdən «Ümummilli liderimiz Heydər əliyevin vətənpərvərlik məktəbinin yüksək dəyərləri» adlı layihəsinə start verib. Bu barədə məlumatı ictimai birliyin sədri, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədr müavini, layihə koordinatoru  Lyüdmila Xəlilova yayıb.

Qeyd edək ki, Ümummilli  lider Heydər əliyev  çıxışlarında  hər zaman deyirdi: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!”

Layihənin əsas mahiyyəti gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və o öz missiyasını Prezident cənab ilham əliyevin sözləri ilə ifadə edir: “Gənclər vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyə olunmalıdırlar”.

Layihənin əsas məqsədi gəncləri vətənə və torpağa bağlığıq ruhunda yetişdirmək məqsədilə Ulu Öndər  Heydər əliyevin vətənpərvərlik  məktəbini və Azərbaycan Respublikası Prezidentinin vətənpərvərlik tərbiyəsini gözəl  nümunə olaraq təbliğ etmək.

L.Xəlilova daha sonra bildirib ki, layihə çərçivəsində vətənpərvərlərin “Yay Məktəbi”nin yaradılması, şəhidlərin adına ucaldılmış abidələrin ətrafında gənclər tərəfindən abadlıq işlərinin  və “şəhidlərimiz unudulmur!” adlı aksiyanın təşkili və Ümummilli liderimiz Heydər əliyevin vətənpərvərlik məktəbi adlı Konfransın həyata keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR