"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Relax Hotel and Resort” mehmanxanası bələdiyyəyə vergiləri ödəməyib?

--2019-08-01 / 20:29

Lerik bələdiyyələri mehmanxana rüsumu yığıa bilməyblər,

Lerik rayonunda formalaşan 29 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 117500 manat olub. Bu da 2017-ci illə müqayisədə 29.4 faiz artım deməkdir.

əldə edilən vəsaitin isə 34.7 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Lerik bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 40800 manat olub ki, bu da ötən ilki rəqəmdən 241 fazi artıq deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Lerik rayonunda formalaşan 29 bələdiyyə 7400 manatlıq əmlak vergisi, 4400 manatlıq torpaq vergisi toplaya biliblər.

il ərzində mədən vergisi, mehmanxana rüsumu, dayanacaq rüsumu, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Belə çıxır ki, Relax Hotel and Resort bələdiyəyə vergiləri ödəməyib.

Qeyd edək ki, il ərzində 58.400 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Lerik bələdiyyələri əldə etdikləri qazancın 62.7 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR