“şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”
Ümummilli Lider– Heydər əliyev
Xalqımızın müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Xalqımız öz doğma yurdunu, doğma torpağını illər boyu qorumuş, lazım gəldikdə isə, canlarını qurban vermişlər. Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğullarımız çoxdur. Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ-bizim həm ürəyimizi dağlayan sağalmaz yaramız, həm də bizim gələcəyə olan ümidimiz idi. Qarabağ savaşında yüzlərlə övladlarımız şəhid oldu. Onlar xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Bu savaş göstərdi ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir.
Azərbaycan Respublikasında 2022-ci ilin “şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan ilham əliyev 05 yanvar 2022-ci il tarixdə Sərəncam imzalanmışdır. Bu münasibətlə Mərdəkan bələdiyyəsi tərəfindən qəsəbədə yerləşən S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri arasında “şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tədbiri Gimnaziyanın direktoru Tural Mirzəliyev açdı və şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. 44 günlük Vətən müharibəsində igid, vətənpərvər oğullarımız Qarabağ torpaqlarının azadlığı uğrunda canlarından - qanlarından keçdilər və torpaqlarımızı erməni işğalından azad etdilər.
şəhidlər ən uca zirvəyə, şəhadətə ucaldılar. Onların əziz xatirəsi daim ehtiramla yad olunacaq.
Bu müharibədə yüzlərlə övladımız yaralanaraq qazi oldular. Biz bir bələdiyyə olaraq qəsəbə sakinlərimiz olan şəhid ailələrinə, həm də qazilərimizə maddi və mənəvi dəstək göstəririk və bu prosses bu günə kimi də davam etdirilir.
Sonra Mərdəkan bələdiyyəsinin sədr müavini “şuşa ili” çərçivəsində bu tədbirin keçirilməsini qeyd edərək, şuşa şəhəri haqqında məlumat verdi və bildirdi ki, Qarabağın tacı olan şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan şuşa şəhərinin bu il 270 illik yubileyi qeyd olunur.
Bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə əbədi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Strateji mövqeyi ilə seçilən şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. işğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm nəticəsində dağıdılmışdır. 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusu şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə “Zəfər Günü” kimi həkk olundu.
Tədbirin sonunda 1-ci, 2-ci, 3-cü yerləri tutan müsabiqə qaliblərinə bələdiyyə tərəfindən Diplomlar təqdim edildi.
Xəzər rayonu Mərdəkan bələdiyyəsi
|
|
|
|