"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Sən də qoşul!” layihəsi davam edir

--2015-12-15 / 22:26

"Birgə Yaradaq" layihəsi çərçivəsində M.ə.Rəsulzadə Bələdiyyəsi və Binəqədi rayon Məşğulluq Mərkəzinin birlikdə həyata keçirdiyi “Sən də qoşul!” layihəsi davam etdirilir.

Bu barədə məlumatı bələdiyyədən daxil olub.

Məlumatda qeyd edilir ki, M.ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, Zeytunluq adlanan ərazidə zeytun ağaclarının mühafizəsi məqsədilə uçmuş hasar bərpa olunur.

M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev bununla əlaqədar ərazidə görülən işlərlə yaxından tanış olublar.

Yaxın günlərdə bu istiqamətdə işlərin başa çatacağı bildirilir.

Belediyye.info

ŞƏRHLƏR