Bu Astara bələdiyyəsinin yeni devizdir.
Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə rayonun N.Nərimanov küçəsində məktəblilərin daha çox istifadə etdiyi hissəsinin bərpasını həyata keçirib. Paralel olaraq əhəd Muxtar küçəsində də aparılan təmir bərpa işləri 2 gün davam edib.
Sədrin sözlərinə görə, həmin əraziyə 30 maşın qum-çınqıl tökülərək yayılıb.
Qeyd edək ki, əhalinin sıx yaşadığı bu ərazi əsasən iribuynuzlu heyvanların örüşə çıxarılması zamanı dağılıb.
A. Məmmədovanın sözlərinə görə, bələdiyyə vətəndaşların şikayətlərini yerində dəyərləndirərək Astara rayon icra nümayəndəliyinin dəstəyi ilə yağışdan dağılmış ara yolların və ciddi zərər görmüş fərdi təsərrüfatların bərpasını təmin etmişdir.
Astara şəhərinin Giləkəran massivində, ə.Muxtar küşəsi, H.əliyev prospektində və s.ərazilərdə yol-bərpa işləri görülmüşdür.
Astara bələdiyyəsi sakinlərini-vergi ödəciyilərini vergilərini vaxtında ödəmələri çağırıb: “Siz verginizi verin ki,biz də ürəkdən işləyək...”
Belediyye.info
|
|
|
|
|
|
|