Keçirilən toplantıda Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın ictimai – siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Elnur Məmmədov, Leyla Kərimova, orta ümumtəhsil, özəl və peşə məktəblərinin direktorları və həmin müəssisələrin sosial şəbəkələrdə ki səhifələri idarə edən adminlər iştirak etmişlər. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Toplantını açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayonda yerləşən təhsil müəssisələrinin daim bütün tədbirlərdə aktiv iştirak etdiyini diqqətə çatdırdı və qarşıdan gələn Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərlə bağlı məlumat verib.
Daha sonra Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verib.
Natiq qeyd etdi ki, müasir dövrdə artıq sosial şəbəkələr həyatımızın bir hissəsidir. Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir.
Ulu öndər Heydər əliyev siyasi kursunun uğurlu davamçısı ilham əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iKT –nin inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. O cümlədən, Sosial şəbəkələrin artmaqda olan rolunu nəzərə alaraq, ictimai-siyasi prosseslərin idarə olunmasında onun üstünlüklərindən faydalanmağı bacarmaq lazımdır. Çalışmaq lazımdır ki, yeni imkanlardan yararlanaraq yerli əhəmiyyətli məsələlərlə yanaşı, ümummilli məqsədlərə də xidmət göstərilsin, müxtəlif kampaniyalara dəstək verilməsi təmin edilsin.
Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin də bu işdə aktiv olması olduqca vacib məsələlərdən biridir.
Toplantının sonunda BRiH Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova tərəfindən facebook səhifələrini idarə edən adminlər üçün maarifləndirici təlim keçirilmişdir. Təlim zamanı “sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir? , “Səhifədə aktivlik necə olmalı”?, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalı”, Səhifənin hesabatlığı və operativlik” haqqında geniş məlumat verilmişdir.
Belediyye.info
|
|
|