"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Torpaq sahələrinə Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən bazar qiymətinə uyğun qiymət qoyulması vətəndaşların ciddi narazılığına səbəb olur”

--2023-02-20 / 05:57

Ağcabədi bələdiyyəsinin 2022-ci ildəki fəaliyyəti barədə hesabatı

Ağcabədi bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamları, Milli Məclisin yerli özünüidarə təşkilatları ilə əlaqədar qəbul etdiyi qərar və qanunları, ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin Bərdə Regional ədliyyə idarəsinin təklif və tövsiyyələrini, bələdiyyənin öz Nizamnaməsini, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyət göstərmişdir.

Bildiyimiz kimi bələdiyyələr kollegial orqan olduğu üçün yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qəbul olunur.

Ağcabədi bələdiyyəsində   2022-ci il ərzində 22 iclas keçirilmiş, 238 məsələ   müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. Keçirilən iclaslarda sakinləri narahat edən bir sıra məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri,arayışları, Bələdiyyələrlə iş Mərkəzinin tövsiyyələri müzakirə olunaraq bələdiyyənin fəaliyyətində hər zaman nəzərə alınıb, qəbul edilən qərarların icrası təmin edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Bərdə Regional ədliyyə idarəsinə göndərilmişdir.

2022-ci il ərzində Ağcabədi bələdiyyəsinə 240 müraciət daxil olmuşdur. Müraciətlərin 127-i vətəndaşlardan rəsmi qaydada birbaşa daxil olmuşdur. Bundan əlavə il ərzində 102 nəfər şəhər sakini bələdiyyə sədri tərəfindən qəbul edilmiş, irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

Daxil olan ərizələr müraciət növlərinə görə aşağıdakı kimi olmuşdur.

  1. şəhid ailələri, Qarabağ əlilləri və müharibə iştirakçılarından həyaətyani torpaq verilməsi barədə -56 ərizə
  2. Güzəştli olmayan şəhər sakinlərindən həyətyani torpaq sahəsi barədə – 42 ərizə
  3. Ağcabədi şəhəri ərazisində evə və pay torpaqlarında təhlükə yaradan ağacların kəsilməsi barədə -16 ərizə
  4. icarəyə torpaq torpaq sahəsi verilməsi barədə Müharibə və şəhid ailələr - 11 ərizə
  5. Sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılması barədə şəhid ailələri, Qarabağ əlilləri, müharibə iştirakçıları və digər sakinlər -16 ərizə

“Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq daxil olan məktub və ərizələrin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Müraciətlərin əksəriyyəti mülkiyyətə və ya icarəyə torpaq sahəsinin ayrılması, küçələrdə təhlükə yaradan qurumuş və ya əyilmiş ağacların kəsilməsi və ya budanması, maddi yardımla bağlı olmuşdur. Fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ilə bağlı müraciət edənlər növbəlilik qeydiyyatına götürülmüş, onların müraciətlərinin həll edilməsi üçün prosedürlər başlanmışdır. Son vaxtlar həyətyanı torpaq sahələrinə Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən bazar qiymətinə uyğun qiymət qoyulması vətəndaşların ciddi narazılığına səbəb olur, əksər hallarda isə qoyulmuş qiymətə görə torpaq sahəsinin alınmasından imtina edirlər.

Ağcabədi bələdiyyəsi tərəfindən 2022-ci ilə aşağıda göstərilən qaydada torpaqlar icarəyə verilmişdir.

Hərrac vasitəsi icarəyə verilən torpaqlar:

əkin məqsədi ilə     54 ha

Örüş məqsədi ilə    44 ha

 şəhid ailələri Qarabağ əlillərinə torpaq icarəyə verilmişdir.         3 ha

 (N.Nərimanov ərazi   3 hektar şəhid atası Hüseynov Arif Möhsim oğluna)

 N.Nərimanov ərazisində digər şəhid ailəsinə   3 hektar torpaq verilnməsi barədə sənədləşmə işləri aparılır.

Ağcabədi bələdiyyəsi vergi-uçotunu BAMS proqramı , yəni Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi üzərindən həyata keçirir. Yerli sakinlərə bələdiyyəyə vergi və digər borcları barədə bildirişlər göndərilir, onlar da öz növbəsində vergilərini və digər borclarını Azərpoçt vasitəsi ilə ödəyirlər. Yerli əhalinin və vergi ödəyicilərinin çox hissəsi BAMS-da qeydiyyata alınıb, yeni vergi ödəyicisi ortaya çıxdıqda onlara kod açılır və sistemə daxil edilir.

Bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən qəbul edilmiş büdcənin icrasına ciddi diqqət yetirmişdir. Rəhbərliyin və vergi şöbəsinin müfəttişlərinin səyi nəticəsində ötən ilə nisbətən bələdiyyənin gəlirlərində və vergi daxilolmasında artım müşahidə olunmuşdur.

2022-ci il ərzində büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur:

01.01.2022-ci il tarixə 1168,85 manat xərclənməmiş vəsaitimiz qalmışdır.

  • Həyətyanı torpaq satışından                                      –  9600 manat
  • Fiziki şəxslərdən torpaq vergisi                                   _   26.014 manat
  • Fiziki şəxslərdən əmlak vergisi                                   _   232 manat
  • Bələdiyyə mülkiyyətinin icarə haqqı                         _ 67.487 manat
  • Mehmanxana rüsumu                                                 _ 495 manat
  • icra və propasiya şöbəsindən                                                _ 3062 manat
  • Ticarət obyektlərindən                                               _ 8200 manat
  • Dotasiya                                                                     _10000 manat

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Tədbir görmək üçün Ağcabədi rayon icra və Probasiya şöbəsinə 28 nəfər şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 3062 manat daxil olmuşdur.

Bələdiyyə qulluqçuları və yerli Vergilər şöbəsinin rəhbərliyi distant formada təşkil olunmuş hüquqi maarifləndirmə kurslarına qoşulmuşdur və il ərzində Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşları ilə yerli vergilərin ucotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması, bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması, yerli özünüidarə orqanlarının normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi barədə mövzularda görüşlər keçirilmişdir.

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına 70231 manat, DSMF-yə 25184.78 manat, poçt xidmətinə 635.53 manat, bank xərcinə 495.09 manat, kadastr-çıxarışa 734 manat, portala 3% olmaqla 3134.59 manat, ezamiyyə xərcləri 855 manat, şəhərsalma idarəsinə 100 manat, zərf alınmasına 27 manat, bələdiyyə üzvlərinə bir aylıq müavinət 1850 manat, mətbəə xərcinə 1.199 manat, inzibati binanın kirayə haqqına 5000 manat, Milli Assosiasiyaya üzvlük haqqı 1000 manat, dəftərxana xərcinə 1160 manat, Zəfər günü münasibətilə mükafat 190 manat, abunə haqqı 964 manat manat, komunal xərc, qaz və işıq puluna 1222.30 manat, YAP üzvlük 313,19, hərrac xidməti 4 % olmaqla 1229.84 manat - cəmi 115.525 manat məxaric olunmuşdur.

Ağcabədi rayonu Ağcabədi bələdiyyəsi inzibati ərazisində yaşayan vətəndaşlara illik hesabatı elan, sosial şəbəkə, “Aran” qəzeti və s. vasitələrlə çatdırır.

 Ağcabədi bələdiyyəsi           

 

 

ŞƏRHLƏR