"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür”-Ağcabədi bələdiyyəsi

--2023-02-24 / 06:33

“Ağcabədi bələdiyyəsinin ötən il ərzində 125091 manat büdcə gəlir olub” –bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

2022-ci il ərzində büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur: həyətyanı torpaq satışından 9.600 manat, fiziki şəxslərdən torpaq vergisi 26.014 manat, fiziki şəxslərdən əmlak vergisi  232 manat, bələdiyyə mülkiyyətinin icarə haqqı 67.487 manat, mehmanxana rüsumu 495 manat, icra və propasiya şöbəsindən 3062 manat, ticarət obyektlərindən 8.200 manat, dotasiyadan 10.000 manat.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Tədbir görmək üçün Ağcabədi rayon icra və Probasiya şöbəsinə 28 nəfər şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 3062 manat daxil olmuşdur.

Beeldiyye.info

ŞƏRHLƏR