“Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin hazırlanması (Azərbaycan dilində) layihəsinin icrasını davam etdirir.
Layihənin məqsədi Xankəndi şəhərindən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun vətənimizin ərazi bütövlüyünün qorunmasında göstərdikləri şücaətlər haqqında məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. Digər amalımız isə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və Azərbaycan vətənədaşlarının daim öz ərazi bütövlüyünü qoruyacağını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Layihənin icrası haqqında layihə rəhbəri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyinin sədri Xatirə xanım Vəliyeva bildirmişdir ki, layihə çərçivəsində çəkiləcək “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin çəkilişi davam edir. Bu günə qədər Filmin çəkilişi ilə əlaqədar olaraq Bakı və Gəncə şəhərində, Bərdə və Goranboy rayonlarında, Aşağı Ağcakənd qəsəbəsində bir çox çəkilişlər aparılmışdır. Çəkilişlər zamanı Xankəndi şəhərindən olan Vətən müharibəsi şəhidləri Nəsirov Xəqani Kamran oğlu, əhmədov Nicat Həsən oğlu və Cavadov Namiq Rəhbər oğlunun bu ərazilərdə yaşayan döyüş yoldaşlarından və yaxınlarından müsahibələr götürülmüş və şəhidlərimizin həyatı və döyüş yolundan bəhs edən foto və videogörüntülər əldə edilmişdir. Hal-hazırda Filmin çəkilişləri davam edir.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyi