“Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi və “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində ikinci təlim keçirilib.
Bu barədə məluamtı adıçəkilən QHT yayıb. “KiV-də psixoloji maarifləndirmə” mövzusunda keçirilən təlimi filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və “Loqos”un psixoloqu Rafiq Allahverdiyev aparıblar. Təlimdən öncə PXTiB-nin icraçı direktoru Leyla Kərimova media layihəsinin əsasnaməsi haqqında məlumat verib.
Daha sonra mövzu əsasında təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb.
Belediyye.info