Media nümayəndələrinin nəzərinə!
Azərbaycan Mətbuat şurası, Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi (PXTiB) və “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzi ilə birgə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə 2018-ci ilin aprel ayından start verilir.
Layihənin məqsədi psixoloji maarifləndirmə işinin mətbuatda peşəkarlıqla işıqlandırılmasını və bu vacib mövzunu aktuallaşdırmasıdır.
Layihənin icrası 6 ay davam edəcək. Layihənin açılış mərasimi aprel ayında olacaq. Daha sonra “KiV-də psixoloji maarifləndirmə”, “Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri” və “Jurnalist psixoloqların hazırlığı məsələsi” mövzularında təlimlər keçiriləcək , jurnalistlərin “Loqos”-un Gəncə, Lənkəran, Xaçmaz və Bərdə filiallarına ekskursiyası təşkil ediləcək.
Layihənin yekununda fərqlənən jurnalistlər “Loqos”-un dostu” mükafatı ilə təltif olunacaqlar.
Layihədə iştirak etmək istəyən media nümayəndələri aşağıdakı linkə https://docs.google.com/forms/d/e/1FAIpQLSfhuk38IRn8qzD97ICHELkbQbW2BF3GAdhCUR12ge8xGXqnzw/viewform daxil olaraq formanı tərtib edib, pxt@loqos.az ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 25.03.2018 tarixinə qədərdir.
Qeydiyyat bitdikdən sonra jurnalistlər müsahibəyə dəvət ediləcək onlara layihə haqqında ətraflı məlumat veriləcəkdir.
Belediyye.info