“Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat şurası, Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi və “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Mətbuat şurasının sədri, millət vəkili əflatun Amaşov, “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri və Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, “7NEWS”.az saytının rəhbəri, ASGA-nın sədri Səbuhi Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və layihəyə qatılan jurnalistlər iştirak ediblər.
Açılış mərasimi PXTiB və “Loqos” un fəaliyyətini özündə ehtiva edən videoçarxın nümayişi ilə start götürüb.
Daha sonra tədbiri açıq elan edən Milli Ensiklopediyanın direktor müavini Vaqif Bəhmənli layihə haqqında geniş təqdimat edib.
Çıxış edən “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova layihənin məqsədi və ideyası haqqında məlumat verib.
Daha sonra “Loqos”un Mətbuat və Nəşrlər şöbəsinin rəhbəri Gülgün Quliyeva Mərkəzin dörd illik fəaliyyəti, qazanılan uğurlar barədə təqdimat edib.
Çıxış edən qonaqlar Mətbuat şurasının sədri, millət vəkili əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “7NEWS”.az saytının rəhbəri Səbuhi Abbasov “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin psixoloji maarifləndirmə istiqamətində və psixoloji mövzunu qələmə alacaq jurnalist kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini vurğuladılar.
Layihənin rəsmi açılış mərasimindən sonra layihə iştirakçısı olan jurnalistlər üçün “insan psixologiyası, mənəviyyat və mətbuat” mövzsunda təlim keçirilib. Təlimin media hissəsini Milli Ensiklopediyanın direktor müavini Vaqif Bəhmənli , psixologiya hissəsini psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva məlumat verib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|