Yol boyu respublikamızın gündən-günə abadlaşan kənd və qəsəbələrinə, geniş çöllərinə və yaşıllıqlarına, daşlı-qalalı dağlarına heyranlıqla tamaşa edən sumqayıtlı gənclər şamaxıda ilk növbədə Ulu öndərin abidəsini zyarət edərək, onun unudulmaz xatirəsinə dərin ehtiramlarını bildirmiş, sonra müasir memarlıq görkəmi və zəngin ekspozisiyaları böyük maraq doğuran Heydər əliyev Mərkəzində olublar.
şamaxının Tarix-diyarşünaslıq muzeyində Azərbaycan ədəbiyyatına əfzələddin Xaqani, imadəddin Nəsimi, Seyid əzim şirvani, Abbas Səhhət, Məhəmməd Hadi kimi böyük, dahi şairlər vermiş qədim diyarın keçmiş tarixi və mədəniyyəti ilə yaxından tanış olmuş, bütün ömrü boyu doğma xalqının ictimai-siyasi, milli-mənəvi problemlərini böyük ürək ağrısı ilə qələmə alan, türk dünyasının böyük satirik şairi Mirzə ələkbər Sabirin ev-muzeyini ziyarət ediblər.
şamaxının digər görməli yerləri ilə, həmçinin şəhər ətrafındakı istirahət mərkəzində, maraqlı viktorina və oyunlarla, xüsusilə də Sumqayıt Bələdiyyəsi gənclərinin fəallığı ilə yadda qalan gəzintilər hər bir səfər iştirakçısında xoş təəssürat doğurub.
Sumqayıtlı gənclər “Yay məktəbi” gəzintisini xoş duyğularla başa vuraraq, mənalı istirahətdən sonra doğma şəhərə yeni enerji ilə, daha fəallıqla yaratmaq, qurmaq həvəsilə qayıdıblar.
Orxan MəMMəDZADə.
Fotolar Amil əhmədovundur.
|
|
|
|
|
|