sorğu
Bakı şəhər icra Hakimiyyətinin qərarına uyğun olaraq 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər iməcliyində Xətai bələdiyyəsi də yaxından iştirak edib. Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilən iməcilikdə rayonun Cavanşir kuçəsində ağac əkmə aksiyası keçirilib, habelə ərazidə abadlıq işləri aparılıb. əraziyə yüz ədəddən çox “Eldar şamı” və küknar ağacı əkilərək aqrotexniki qulluq göstərilmişdir.
Qeyd edək ki, cari ildə Xətai bələdiyyəsi tərəfindən ardıcıl olaraq rayonun abadlıq quruculuq işlərində yaxından iştirak etməklə ciddi layihələrin icrasını həyata keçirib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|