Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və “Anadolu” Ajansının təşkilatçılığı ilə “Yerli özünüidarəetmə orqanlarının media ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə” həsr olunan təlim proqramı başa çatıb.
TiKA-nın və Eyyub Bələdiyyəsinin dəstək verdiyi təlimlərdə birliyə üzv olan ölkələrdən-Azərbaycan, Qırğızıstan, Monqolustan, Quzey Kıprıs, Bosniya-Hersoqovina, Monteneqro, Somalı, Kosova və Makedoniyanın bələdiyyə sistemində çalışan media təmsilçilərinin nümayəndələri iştirak edib.Təlimdə Qazaxıstan nümayəndə heyyəti üzürlü səbəbdən təlimə qatıla bilməyiblər.
Bağlanış tədbirində Eyyub Bələdiyyə başqanı Rəmzi Aydın, Keçiören Bələdiyyə Başçısı və TDBB Başçı Köməkçisi Mustafa Ak , Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Dr. Fahri SOLAXAY, Anadolu Ajansı Xəbər Akademiyası Koordinator müavini Hayri Çetinkuş iştirak ediblər.
Eyüp Bələdiyyə Başçısı Remzi Aydın da icra etdikləri layihələr haqqında iştirakçılara məlumat verərək bu tipli təlimlərin qarşılıqlı əlaqələrin qurulmasın mühüm rolu olduğunu qeyd edib.
TDBB baş katibi Fəxri Solaxay çıxışında 10 fərqli ölkədən 20 iştirakçının 1 həftə boyunca təhsil aldığını söylədi. Bu müddətdə fərqli mədəniyyətlərin mənəvi birləşməsinə diqqəti çəkən Solaxay, "masada 10 fərqli bayraq var. Bu da fərqli mədəniyyətlərin bir arada yaşaya və iş birliyini etdiyini göstərir."- dedi. Solaxay təhsilin verilməsində dəstək verən qurumlara təşəkkürünü bildirdi.
Anadolu Ajansı Xəbər Akademiyası Koordinator müavini Hayri Çetinkuş Eyüp'teki ənsari iqamətgahında təhsilin bitməsi səbəbindən təşkil edilən bağlanışda fərqli ölkələrdən bir çox iştirakçını proqramda görməkdən duyduğu məmnuniyyəti dilə gətirdi. AA-nın dünyanın bütün coğrafiyalarında xəbərçilik fəaliyyətini 11 dildə icra edən beynəlxalq bir quruluş olduğunu ifadə edən Çetinkuş, "AA, xəbərçiliyə yanında dünyanın fərqli ölkələrindən gələn media quruluşlarının xəbərçilərində 96 illik yaddaşını, xəbərçilik anlayışını, Xəbər Akademiyası vasitəsilə həyata keçirdiyini dilə gətirdi.
Onun sözlərinə görə, AA hər zaman doğru və primitiv yayımları ünvanı olub və olmağa da davam etməkdədir: “Bizim fəlsəfəmiz məzlumun və haqlının yanında olmaqdır. "
Keçiören Bələdiyyə Başçısı və TDBB sədrinin müavini Mustafa Ak, iştirakçıların dünyanın incisi istanbulda təhsil gördüklərini xatırladaraq, ölkələrinə gözəl xatirələrlə dönmələrini dilədi.
TDBB'nin 28 fərqli ölkədən üzvünün olduğunu dilə gətirən Ak, "Birliyin əsas məramının bələdiyyə başçılarının təcrübə və layihə mübadiləsi olduğunu qeyd edib. Bunun yanında personal təhsili də vardır. Bu çərçivədə təşkil edilən təhsildə də sizlərlə birlikdə olduq." ifadəsini istifadə etdi.
Azərbaycandan olan “Bələdiyyə həyatı”qəzetinin baş redaktoru Vüqar Tofiqli (Cəfərov) təşkilatçılara təşəkkürünü bildirərək, on altı yaşlı Azərbaycan bələdiyyələrinin bələdiyyə sahəsində zəngin tarixə və təcrübəyə malik olan Türkiyə bələdiyyələrindən öyrəniləsi məqamlarn çox olduğunu bildirib.
Qəzet təmsilçisinin sözlərinə görə, bu gün Azərbaycan 80-90-cı illərdəki ölkə deyil: “ Artıq ölkəmizin dünyada öz sözü və yeri var. Qafqazda söz sahibinə çevrilən ölkəmiz bütün bu uğurları 80 % -lik əraziylə imza atıb. Təsəvvür edin ki, əgər ərazilərimizin 20% -i erməni işğaılı altında olmasayda Azərbaycan daha böyük uğurlara sahiblənərdi.”
Somalidə gələn Mogadişu Bələdiyyəsi nümayəndəsi Abdulkadir Abdinur Mohammed çox faydalı bir təhsil aldığını söylədi. Bələdiyyənin mətbuat məsulu olaraq istanbulda əhəmiyyətli təcrübə qazandığını ifadə edən Mohammed, proqram sayəsində istanbulu görmə fürsəti tapdığını söylədi.
Karadağ'dan gələn Miloş Bukeyloviç də təhsil sayəsində fərqli ölkələrdən dostlar əldə etdiyini qeyd etdi. Gözəl bir həftə keçirmənin yanında əhəmiyyətli şeylər də öyrəndiyini vurğulayan Bukeyloviç, "Çox gözəl dərslər gördük. Yoldaşlarımız da təcrübələrini bizlərlə paylaşıldı." dedi.
Bağlanış tədbirinin sonunda təhsili müvəffəqiyyətlə tamamlayan iştirakçılara sertifikatlar verildi.
Qeyd edək ki , təlimlərdə Azərbaycanı “Bələdiyyə həyatı” qəzeti, Nəsimi və Badamdar bələdiyyələrinin nümayəndələri təmsil edir.
Belediyye.info
|
|
|
|
|
|
|
|