Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Komissiyasının “şərq tərəfdaşlığı” proqramı çərçivəsində “Yerli və regional idarəetmədə islahatlar” mövzusunda keçirilən seminar başa çatıb.
Azərbaycanında qatıldığı tədbirə Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukraynadan olan nümayəndə heyətləri təmsil olunublar.
Seminarda Çexiya xarici işlər nazirinin müavini Yaqub Dürr çıxış edərək öz ölkəsində idarəetmədə aparılan islahatlara toxunaraq seminarın ənənəvi olaraq keçirildiyini və “şərq tərəfdaşlığı “ proqramı çərçivəsində bu tipli seminarların keçirilməsinin təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə Çexiyanın Xarici işlər və Regional inkişaf nazirliklərinin təmsilçiləri, Çexiyanın “AQORA” və Polşanın “Od-Nova” QHT təmsilçiləri məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanı ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin idarə rəisi Ruslan Osmanlı, Xırdalan bələdiyyəsinin sədri Eldar əhmədov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli təmsil ediblər.
Üç gün davam edən seminarda ciddi fikir mübadiləsi aparılmış, nümayəndə heyəti üzvləri Azərbaycan bələdiyyə sisteminin bu günkü durumu haqqında, həmçinin bələdiyyələrin inkişafında dövlətin maraqlı olmasını və bu istiqamətdə atılan addımlardan ətraflı danışılmışdır.
Belarus, Moldava və Ukraynadan olan nümayəndə heyətləri qarşılıqlı əlaqələrinin qurulması barəsində ciddi fikir mübadiləri aparılmışdır.
Belediyye.info
|
|
|