"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Balakən bələdiyyələri mədən vergisini artırsalarda, mehmanxana rüsumunu yığa bilməyiblər

--2019-07-13 / 11:07

Balakən rayonunda formalaşan 20 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 584.500 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 5 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 46.1 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Balakən rayonunda formalaşan 20 bələdiyyə 85.900 manatlıq əmlak vergisi, 146.700 manatlıq torpaq vergisi, 21.200 manatlıq mədən vergisi toplaya biliblər.

il ərzində mehmanxana rüsumu və dayanacaqlardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib. Qeyd edək ki, Balakəndə bir dörd ulduz “Qubek otel” var. Belə qənaətə gəlmək olar ki, otel bələdiyyəyə aid olan maliyyə vəsaitini ödəməkdən hansısa səbəbdən yayınır.

Qeyd edək ki, il ərzində 45.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Balakən bələdiyyələri əldə etdikləri qazancın 68.9 faizini, yəni 395.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 21.6 faizini isə 123.900 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

 Belediyye.info

ŞƏRHLƏR