"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Mingəçevir bələdiyyəsi yeni sosial layihələri icra edib

--2021-08-25 / 10:49

Mingəçevir Bələdiyyəsi növbəti sosial layihənin icrasını başa çatdırmışdır. Bələdiyyə öz təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə şəhidin yaşadığı əraziyə yaxın yerdə bulaq kompleksini tikərək, şəhidin ailəsinə təhvil vermişdir.

Bulaq kompleksi müasir dizaynla tikilmiş, işıqlandırma sistemi müasir tələblərə uyğun qurulmuşdur. Kompleksin qarşısına iki ədəd oturacaq qoyulmuş və ətrafı abadlaşdırılmışdır. Bulaq kompleksinin tikintisi üçün bələdiyyə büdcəsindən 6000 manat vəsait xərclənmişdir. əlavə olaraq tikinti üçün 5m2 ağ və qara mərmər Bələdiyyə tərəfində təmannasız quraşdırılmışdır.

Bundan başqa şəhid qardaşları əli və islam əhmədovlar bulaq kompleksinin tikintisinə kömək üçün Bələdiyyə büdcəsindən 2360 manat ayrılmışdır. əlavə olaraq tikinti üçün 4m2 ağ mərmər Bələdiyyə tərəfindən təmannasız quraşdırılmışdır.

Mingəçevir bələdiyyəsi

ŞƏRHLƏR