sorğu
Sabunçu rayonu Pirşağı bələdiyyəsi bu günlərdə yeni sosial layihəyə yekun vurub.
Bu barədə bələdiyyədən daxil olan məlumatda bildirilir ki, qəsəbənin Saleh Hüseynzadə küçəsinin ara yollarında yağan yağışlar nəticəsində sakin və məktəbli uşaqların gediş -gəliş zamanı palçıqdan və çirkab sulardan istifadəsi çətinləşdiyindən yolların abadlaşması məqsədilə yollara çınqıl tökülərək hamalanmışdır. Bələdiyyə iclasının qəraryıla həyata keçirilən bu layihə sakinlərin müraciəti əsasında həyata keçirilib.
Pirşağı bələdiyyəsi ilin sonunadək maliyyə vəziyyətinə uyğun olaraq daha bir neçə belə layihənin icrasını nəzərdə tutur.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|