ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağındakı çıxışında bələdiyyələrin öz fəaliyyətlərini mövcud çağırışlara uyğun qurmalı olduqlarını bildirib:
“Bələdiyyələr yerli büdcə məsələsinə ciddi əməl etməlidirlər. Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcların bir hissəsi büdcə sisteminə əməl edilməməsi səbəbindən meydana gəlib. Bu gün bələdiyyələrin iqtisadi imkanlarının artırılması məsələsi gündəmdədir. Lakin, bəzən qanunvericiliyin verdiyi imkanlardan səmərəli şəkildə istifadə edilmir. Bu imkanlardan lazımi şəkildə istifadə edilsə, bələdiyyələrin iqtisadi imkanları xeyli artar. Bələdiyyələrlə bağlı şikayətlərin əksəriyyətində hesabatlılığın olmaması, qanunvericiliyin tələblərinə əməl edilməməsi kimi məsələlər yer alır”.
Bununla yanaşı bələdiyyələr vergi ödəyiciləri arasında maarifləndimə işinə diqqəti artırmalı və daim sakinləri narahat edən məsələlərin həllinə maraqlı olmaldırlar.
Biz Bələdiyyələrlə iş mərkəzi olaraq Bakıda formalaşan 53 bələdiyyənin hər birində sənədləşdirmə işinin təşkili ilə bağlı metodik xarakterli görüşlərin keçirilməsinə start vermişik. əsas məqsədimiz bələdiyyələrin sənədləşdirmə işlərinin təşkilndə, o cümlədən arxiv işinin təşkilindəki boşluqları aradan qaldırmaqdır.
Bələdiyyə sədrlərinə tövsiyə edirəm ki, bələdiyyə müsəssisələrinin yaradılmasna çalışsınlar. Bakı bələdiyyələri arasında hələlik Sabunçu rayonu Bakıxanov bələdiyyəsində belə bir müəssisə yaradılıb. Biz çalışmalıyıq ki, istehsal və xidmət sahələrinə aid müəssisələr yaradılsın.
Belediyye.info