"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Türkan abidələrini qorumaq cəhdi: SəRT TəDBiRLəR GöRüLMəLiDiR

--2022-08-20 / 20:05

Türkan qəsəbəsi Bakının qədim, həm də zəngin mədəni irsimizi özündə daşıyan yaşayış məntəqələrindəndir. Qəsəbənin qədim hissəsində formalaşan adət və ənənələrinin bu gündə həssaslıqla qorunması kəndin öz tarixinə bağlılığından xəbər verir. Həmsöhbət olduğum hər bir sakinin kəndinin tarixiylə fəxr etdiyini hiss etdim. Təsadüfü deyil ki, kəndin ərazisində üç daşınmaz abidə e.ə. III-I minilliklərə aid olduğu ehtimal edilən “Kurqan çölü” (inv. â„– 500) və “Türkan yaşayış yeri” (inv. â„– 500) abidələri Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb, həmçinin yeni aşkar olunmuş “Qədim araba yolunun qalıqları” abidəsi də dövlət tərəfindən mühafizə olunur.

Bu günlərdə “Qədim araba yolunun qalıqları” abidəsinə edilən müdaxilələr geniş əks-səda doğurmuşdu. Sosial media üzərində paylaşılan görüntüyə müvafiq orqanlar tərəfindən ciddi reaksiya verildi və nəticədə mədəniyyət naziri Anar Kərimovun təşəbbüsü və nazirliyin müvafiq Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər RiH başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Memarlar ittifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, habelə “Agro Food investments” şirkətinin və Abşeron Rayon icra Hakimiyyətinin nümayəndələrinin iştirakıyla Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirildi. Məhz həmin görüşdən sonra nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı tor məftillərlə çəpərlənməsinə qərar verildi.

Görüşdən bir neçə gün sonra biz də ərazini ziyarət etmişdik. Vəziyyətin həqiqətən acınacaqlı olduğunun şahidi olduq. Bilərəkdən ya bilməyərəkdən, xüsusəndə daşınmaz maddi-mədəni irsimizə edilən qəsd həqiqətən bağışlanası deyil. Hər halda prosesə məsuliyyət daşıyan Mədəniyyət nazirliyi öz sözünü gec də olsa dedi.

Biz isə öz növbəmizdə ay yarımdan sonra yenidən ərazidə olmağı özümüzə borc bildik. Geniş bir ərazinin səliqəli şəkildə tor məftillərlə hasara alındığının şahidi olduq. Düzdür, ərazi hasarlansa da, amma proses tam şəkildə başa çatmayıb. Hər halda görülən iş ondan xəbər verir ki, tapşırıq icra olunmaqdadır. Arzu edək ki, başlanan proses yarımcıq qalmasın. Tapşırığın kim tərəfindən icra edilməsindən asılı olmayaraq, ümumən vəziyyətin Mədəniyyət nazirlyinin müvafiq qurumlarının tam nəzarətində olduğunu hiss etmək olar.

indi isə keçək mətləbə.

***

Mənə çox maraqlıdır ki, görüşdə iştirak edən Xəzər RiH başçısı Elşən Salahov özünündə bu prosesdə günah payının olduğunu hiss etdimi? Sual olunur, məlum görüşdən sonra yenidən əraziyə baxış keçirilibmi? Xəzər rayon icra Hakimiyyətinin təmsilçilərində ərazinin bu günkü durumu haqqında nə dərəcədə məlumatları var?

Yeri gəlmişkən əlavə edim ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra Hakimiyyətləri haqqında” əsasnamənin 3.12.7. maddəsində qeyd edilir ki, rayonun icra başçısı həmçinin “ tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.” Yəni Türkan qəsəbəsindəki maddi-mədəni irs numunələrinin qorunması, həm də icra hakimiyyətinin işi olması əsasnamədə açıq-aydın qeyd edilir. Demək Xəzər RiH-in əsas vəzifələrindən biri də çəpərlənmiş ərazinin qorunmasını, həm də təmizliyini diqqətdə saxlamaq olmalıdır. ən əsası bu əraziylə bağlı təkliflər paketini hazırlayıb müvafiq oranlara təqdim etməli idi. ərazinin qoruq elan edilməsi və turizm marşrut xəttinə salınması isə, fikrimcə, təkliflər sırasında olmalıdır.

Müşahidələr göstərir ki, ərazinin zibil tullantılarıyla və sellofan paketlərlə örtülməsi ondan xəbər verir ki, ərazidə görüləsi işlər hələ çoxdur. Görüləcək və atılacaq bütün addımlar, fikrimcə, koordinasiyalı şəkildə həm Mədəniyyət nazirliyi, həmdə Xəzər RiH-tərəfindən həyata keçirilməlidir.

***

Son olaraq bir məqamı da əlavə edim ki, son günlər bu cür hadisələrin tez-tez baş verməsinin əsas səbəbi belə cinayət hadisəsi törədənlərə qarşı qanunla sərt tədbirlərin nəzərdə tutulmamasıdır. Qanun bu cinayəti törədənlərə qarşı yalnız simvolik cərimələr nəzərdə tutur.

Ümumiyyətlə, belə hadisələrin baş verməməsi və ya təkrarlanmaması üçün qanunvericilik qaydasında bir sıra ciddi addımların atılmasına əşhədü-ehtiyac var. ilk növbədə qanunvericilikdəki maddələr sərtləşdirilməli, daşınmaz və daşınan maddi-mədəni irsimizə qarşı cinayət törədənlər sərt şəkildə cəzalandırılmalıdır.

Türkan abidələrinə gəldikdə isə, deməliyəm ki, müvafiq orqanlar əl-ələ verməklə maddi-mədəni irs numünələrimizi qorumalı və gələcək nəslə olduğu kim çatdırmalıdırlar. Bu həm Mədəniyyət nazirliyinin, həm də  Xəzər RiH-in  əsas vəzifələrindən biri olmalıdır.

Vüqar Tofiqli

ŞƏRHLƏR