"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arzularına çatasan əziz dost

--2021-12-17 / 16:21

ilimizin 365 gününün elə bir günü var ki o gün hər kəs üçün əziz olur, bəlkə də müqəddəs olur. Mənim üçün də belə günlər bir yox, bir neçədir. Ancaq bu günlərdən biri mənim daha çox önəm kəsb edir.

Keçmiş sovet məktəbində təhsil aldığımdan məndə rəqəmlərə sevgim, xüsusən də yaddaşımda dərin iş buraxmış günləri elə yaddaşımın dərin qatlarında saxlamağa həmişə marağım olub. Hətta o da yadımdadı ki, o vaxt ki “Azərbaycan pioneri” qəzetində oxuduğum bir yazıda qeyd edirlirdi ki, bəs “dahi” Vladimir iilic Lenin ömrünün sonunadək hansısa tarixi yaddaşında saxlayıb və soruşulanda ardıcıl olaraq rəqəmləri sadalamağı xoşlayıb. Məndə pioner xarakterimlə sevimli komsomol sıralarına qəbul olan zaman təqdim edilən biletin nömrəsinə baxıb onu yaddaşımda saxlamağı özümə borc bildim. Sanki “dahi” Lenini təqlid etməkdən qürur hissi keçirirdim. Maraqlı olması üçün komsomol biletimin nömrəsini yazıram ki oxucuda bilsin - â„– 52490472. indi hərdən o illərə söykənən xatirələri vərəqləyəndə Lenini də, komsomolu da “xoş sözlərlə” anaraq fikirləşirsən ki, gör biz nə qədər sadəlövh olmuşuq.

Etiraf etməliyəm ki, o dövrün xatırlanası yaxşı cəhətləri çox idi. Amma hamını, yəni bütün xalqları yığıb bir qazanda “qaynadıb”, “qarışdırıb”, sanki “kəfi”ni yığıb, yeni bir “sovet xalqı” yaratmaq ideyasını həyata keçirmək əslində mənasız yerə vaxt itkisi idi. Nə isə...

Belə əziz bir gündə özüm haqqında hansısa fikir bildirməkdə daim çətinlik çəksəm də yaşadığım günlərə baxanda müəyyən mənada ürəklənirəm. Bu gün geriyə dönüb yaşadığım günlərə, illərə baxanda xalqıma, dövlətimə az da olsa verdiyim töhvələr və uğurlarımla bərabər, hətta səhvlərimi belə təhlil edəndə bu illəri boşuna yaşamadığıma sevinirəm. Çətin sınaq qarşısında, hətta fors-major vəziyyətə düşdüyüm məqamlarda belə ilahi qüvvə hansısa dəyərli insanların əli ilə mənə öz dəstəyini bu gündə göstərməkdədir. Ona görə Allahımdan da, döstlarımdan da razı olmaya bilmərəm.

Düşünürəm ki, belə getsə iki ildən sonra altmışa, on iki ildən sonra yetmişə, bərk dayansam iyirmi iki ildən sonra isə səksənə çata bilərəm. Nə bilmək olar...

Hər halda özümə üzun ömür arzulamıram, mən istəsəm də, istəməsəm də ömrü verən Allahdır. Allahdan isə arzu edirəm ki, bundan sonra verdiyi ömrü sağlıqla versin, rahatlıq içində və həyatdan zövq almaqla, həmçinin Vətənimə, dövlətimə daha səmərəli fəaliyyət üçün imkan və şərat yaratmaqla versin. Onsuzda içimizdə çəkdiyimizi, özü də nələr çəkdiyimizi, bir çox illərdə isə az qala “şapalaqla üz qızartmağımızı” Allahdan başqa bir kimsə bilmir. Nə isə...

Beləliklə, Vüqar Cəfərov olaraq Vüqar Tofiqlini ürəkdən təbrik edir və “ARZULARINA ÇATASAN əZiZ DOST” DEYiRəM....

Vüqar Tofiqli

  

ŞƏRHLƏR