sorğu
Abşeron rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq təmizlik və abadlıq aksiyaları keçirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan növbəti aksiyada Novxanı və Mehdiabad ərazisində genişmiqyaslı təmizlik işləri aparılıb.
Aksiyada rayon Təmir-Abadlıq idarəsi və bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ümumilikdə, 500 nəfər iştirak edib.
Aksiya çərçivəsində yol kənarı ərazilər məişət və polietilen tullantılardan təmizlənib, ağac və gül kollarına qulluq olunub.