"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lökbatan bələdiyyəsi imtiyaz tətbiq edəcək

--2016-06-14 / 19:50

Qaradağ rayon Lökbatan bələdiyyəsinin yaydığı məlumata görə,  qəsəbənin ş.Xəlilov küçəsində yerləşən 4,11,13,15 saylı çox mənzili yaşayış binalarının qarşısında mərasim evinin və abad məhəllə salınması işi sürətlə davam etdirilir.

Bələdiyyədən o da bildirilib ki, mərasim evi istifadəyə verildikdən sonra imkansız, ehtiyacı olan qəsəbə sakinlərə yas və xeyr işlərinin təşkilində imtiyazlar tətbiq ediləcək.

Mərasim evinin və ona  yaxın ətrafdakı məhəllənin yaxın  müddətdə sakinlərin  istifadəsinə veriləcəyi bildirilir.

Belediyye.info

ŞƏRHLƏR