Hər bir intellekt sahibi doğulub boya-başa çatdığı torpağı unutmur. Bu hiss sanki hər birimizin geninə hopub. Harada olmağımızdan, harada yaşamağımızdan və işləməyimizdən asılı olmayaq, həmişə yalnız o torpaq üçün darıxırıq. Və hər birimiz bu torpağın inkişafına maraqlı olmaqla, bu inkişafa öz töhvəmizi verməyə çalışırıq.
Mənim üçün Quzanlı qəsəbəsi də əziz bir yerdir. Odur ki, hər gəlişimdə qəsəbəni gəzir, burada gedən yeniliklərlə tanış olur və zövq almaqdan yorulmuram.
Etiraf etməliyəm ki, son üç ildə qəsəbənin nizamı, görkəmi xeyli dəyişib. Bu gün qəsəbədə kifayət qədər əhali yaşayır. Hələ keçmiş sövet dövründə rayonun ərazi və əhalisinə görə ən iri kəndlərindən hesab olunan Quzanlıda bu gün 30 min nəfərə yaxın əhali yaşayır.
Qeyd edim ki, hazırda Ağdam rayonunun 28 faizlik işğal altında olmayan ərazisində qəsəbə statuslu yaşayış məntəqəsində ciddi layihələr icra olunur.
iri həcmli layihələrdən olan Muğam mərkəzinin binası, Xalçaçılıq fabrikinin Ağdam rayon filialı və qəsəbə orta məktəbinin binasında qızğın iş gedir. Bununla yanaşı rayon polis şöbəsinin və rayon prokurorluğunun inzibati binasının tikintisinə hazırlıq işləri aparılır. Səhiyyə və təhsil ocaqlarında isə hər il həyata keçirilən layihələr artıq ənənəyə çevrilib...
Həmişəki kimi bu dəfəki səfərimdə də Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdüm. Rayon mərkəzinə çevrilən Quzanlı qəsəbəsi Novruz bayramına tam hazır idi. Görüşümüz vaxtı da, bütün iş gərginliyinə baxmayaraq icra başçısı həmdə sakinləri qəbul edir, onları sonadək dinləyir, həlli üçün addımlar atırdı.
Bu gün Quzanlı qəsəbəsində görülən işlərin xeyli hissəsi Raqub Məmmədovun rəhbərliyi dövrünə düşür. Bu gün qəsəbənin müasir memarlıq əlamətləriylə zəngin meydanı yaranıb. Bu il göz oxşayan meydanda ilk dəfə idi ki, Novruz şənliyi keçirilirdi. Bunun üçün ciddi hazırlıqlar da getmişdi.
icra başçısı ilə söhbət zamanı əvvəlcə ötən ildəki fəaliyyətə birgə nəzər salırıq:
- 2016-cı il rayonumuzun sosial-iqtisadi inkişafı baxımından uğurlu il olmuşdur. Doğrudur, ilin əvvəlində böyük gərginliklər yaşadıq.
Belə ki, 2016-cı il aprel ayının 02-05 və 27-28-də erməni silahlı qüvvələrinin Ağdam rayonunun qoşunların təmas xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrini intensiv artileriya atəşinə tutması nəticəsində iqtisadiyyatımıza ciddi ziyan vurmaqla yanaşı, mülki əhalimizdən 3 nəfər həlak olmuş, 14 nəfər yaralanmış, 500-dən artıq evə ziyan dəymişdir.
Vəziyyətlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev və xanımı Mehriban əliyeva mayın 1-də Ağdam rayonuna gəldilər və Mahrızlı kəndində düşən mərmidən yanan evə baxıb, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Rayon ictimaiyyətinin qarşısında çıxış edən cənab Prezidentin qeyd etdiyi sözləri yada salmaq istərdim: “Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, Siz burada möhkəm durmaqla yanaşı qurub-yaradırsınız. Mən və Azərbaycan xalqı Sizinlə qürur duyuruq.”
Bu rayonumuza, onun əhalisinə verilən böyük qiymət idi.
Mülki əhaliyə dəymiş ziyanın miqdarını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Prezident Administarsiyasının, Fövqəladə Hallar Nazirliyinin, iqtisadiyyat Nazirliyinin, ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin, Ağdam rayon icra Hakimiyyətinin nümayəndələrindən ibarət xüsusi komissiya yaradıldı. Komissiya ziyan çəkmiş evlərə baxış keçirərək 8 evin tamamilə dağıldığını, 15 evin qismən dağıldığını, 27 evə ciddi, 450-dən artıq evə qismən ziyan dəydiyini müəyyən etdi.
Çox qısa müddət ərzində mülki əhalinin evlərinə dəymiş ziyan tamamilə aradan qaldırıldı. Belə ki, 8 ailəyə yeni ev tikildi, 15 ev bərpa olundu, 27 ev əsaslı, digər ziyan çəkmiş evlər isə cari təmir olundu. Bundan başqa Ağdam Rayon icra Hakimiyyətində yaradılmış təmir-tikinti briqadası vasitəsi ilə 218 məcburi köçkün ailəsinin evində təmir işləri aparılmışdır.
Söhbətimizdə Raqub Məmmədov rayonun ötən ildəki sosial-iqtisadi, tikinti, abadlıq və quruculuq sahəsində işlərnə də toxundu:
- 2016 cı ildə Heydər əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Kənd Təsərrüfatı idarəsinin binaları istifadəyə verilmiş, Heydər əliyev prospektindən rayon icra Hakimiyyətinə gedən küçə abadlaşdırılmış, işıqlandırma sistemi quraşdırılmış, yola asfalt döşənmişdir.
Heydər əliyevin abidəsində, Ağsaqqallar Evində, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının binasında, rayon icra Hakimiyyətinin binasında yenidənqurma işləri başa çatdırılmış, gördüyünüz Mərkəzi Meydan yenidən qurulmuşdur.
Hazırda Xalçaçılıq Müəssisəsinin, Muğam Mərkəzinin, 360 şagird yerlik məktəbin tikintisi, Mahrızlı tam orta məktəbinin, Səfərli və imamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir.
Rayonda görülən işlərlə tanış olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev və xanımı Mehriban əliyeva 2016-cı ildə ikinci dəfə-dekabrın 3-də rayonumuza səfər etdilər. Səfər zamanı Mahrızlı kəndində yanmış evin əvəzinə yeni tikilmiş evə baxış keçirib rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Sonra cənab Prezident və Xanımı Quzanlı qəsəbəsində Quzanlı-Xındırıstan avtomobil yolunun kənarında ümumi sahəsi 1800 kvadrat metrlik Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev və xanımı Mehriban əliyeva Heydər əliyev Mərkəzinin yeni binasının açılışında iştirak etdilər. Ümumi sahəsi 1900 kvadratmetr olan binanın tikintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı, 3D kinozalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, nigah otağı, kompüterlərlə və ən müasir avadanlıqlarla təchiz olunan xidməti otaqlar vardır.
Bununla yanaşı cənab Prezidenti ilham əliyev və xanımı Mehriban əliyeva ümumi sahəsi 300 kvadratmetr olan 262 eksponant nümayiş etdirilən Bayraq Muzeyinin də açılış mərasimində iştirak ediblər.
Rayonumuzda görülən işlərə yüksək qiymət verən cənab Prezident bir daha vurğuladı:“Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”.
Ağdam rayonunun inkişafına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev 2016-cı il dekabrın 7-də “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı və Ağdam Rayon icra Hakimiyyətinə 3,0 milyon manat, o cümlədən 30 ədəd subartezian quyusunun qazılması üçün 2,0 milyon manat, qəzalı vəziyyətdə olan ictimai binalarda yaşayan 20 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evinin tikintisinə 1,0 milyon manat vəsait ayırdı.
Söhbət zamanı icra başçısı vətəndaşların qəbulu və onların müraciətlərinə toxunmağı da unutmadı:
- 2016-cı ildə Ağdam Rayon icra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daimi nəzarətdə saxlamışdır. il ərzində Rayon icra Hakimiyyəti üzrə bütünlükdə daxil olan müraciətlər təhlil edilmiş, müraciətlərin hərəkəti haqqında aydın təsəvvür yaradılmışdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına əsasən 01 yanvar 2016-cı il tarixdən Ağdam Rayon icra Hakimiyyəti Başçısı Aparatına daxil olan bütün vətəndaş müraciətləri vahid elektron informasiya sisteminə işlənilir, müraciətlərin icra olunması zamanı “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müddətində icrasına nəzarət edilir. 2016-ci ildə Ağdam Rayon icra Hakimiyyəti Başçısı Aparatına 1477 müraciət daxil olmuşdur. Bu müraciətlərin 940-ı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından, 71-i Nazirlər Kabinetindən, 57-i Milli Məclisdən, 146-ı Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından, 263 müraciət isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə 157 müraciət nəzarətə götürülmüşdür. Daxil olan 1477 müraciətdən 1250-i məktub, 9-u elektron məktub, 214-ü teleqram, 4-ü faksla daxil olmuşdur 2016-cı ildə Rayon icra Hakimiyyətində 4768 nəfər vətəndaş, o cümlədən 928 nəfərRayon icra Hakimiyyətinin Başçısı, 3840 nəfər isə Rayon icra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri tərəfindən qəbul edilmişdir. Rayon icra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyari görüş-qəbullarda 3815 nəfər vətəndaş iştirak etmişdir.
2016-cı ildə daxil olan vətəndaş müraciətlərinin 2015-ci ilə nisbətən 32 müraciət az olmuşdur. Aparılan təhlil nəticəsində məlum olmuşdur ki, 2016-cı ildə ən çox müraciət qoşunların təmas xəttində yerləşən Çəmənli, Zəngişalı, Qaradağlı və əfətli kənd sakinləri tərəfindən daxil olmuşdur. Bu müraciətlərin əsas hissəsi aprel hadisələri zamanı erməni silahlı birləşməlrinin açdığı intensiv artileriya atəşi nəticəsində dağılmış evlərin bərpası və aprel hadisələri ilə əlaqədar olaraq əkin sahələri zərər görmüş şəxslərə Qırmızı Xaç Təşkilatı tərəfindən köməklik olunması ilə əlaqədardır.
Daxil olan digər müraciətlər isə ev təmiri, məcburi köçkünlərin ev tələbi, içməli və suvarma suyu üçün subartezian quyusunun qazılması, iş tələbi, maddi yardım və.s olmuşdur.
1477 müraciətin 1138-i ərizə, 324-ü şikayət, 15-i isə təklif şəklində olmuş, 71-i kollektiv, 14-ü isə təkrar olmuşdur. Ümumilikdə bu müraciətlərdən 275-i müsbət, 92-i qismən təmin olunub, 78-i əsassız sayılmış, 914-nə müvafiq izahatlar verilmiş, 64-ü Dövlət Proqramlarında icrası nəzərdə tutulmuş, 54-ü baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmişdir.
Söhbətimizin sonunda R.Məmmədov 2107-ci ildə görüləcək işlər barədə qısa şəkildə fikirlərini bildirdi:
- Rayonun sosial-iqtisadi inkişafın sürətləndirilməsi sahəsində 2017-ci ildə görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur. Tikinti, quruculuq, abadlıq, yaşıllaşdırma sahəsindəki işlərimizi, əhalimizin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirləri davam etdirməliyik.
2017-ci ildə Quzanlı qəsəbəsində inşa olunan Muğam Mərkəzinin, Xalçaçılıq müəssisəsinin, 360 şagird yerlik tam orta məktəbin tikintisini, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli, imamqulubəyli kənd uşaq başçalarının əsaslı təmirini başa çatdırmalıyıq.Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin Sərəncamı ilə nəzərdə tutulmuş 20 məcburi köçkün ailəsi üçün fərdi evlərin tikilməsini və 30 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsini təmin etməliyik.Kənd təsərüfatının, xüsusilə pambıqçılığın və baramaçılığın inkişafı üçün lazımi tədbirləri görməli, 2017-ci ildə 3000 hektar pambığın əkilib becərilməsini və yüksək məhsuldarlıq əldə olunmasını təmin etməliyik. Heydər əliyev parkının yenidən qurulmasını, Boks Məktəbinin tikintisini həyata keçirməli, Quzanlı-imamqulubəyli-Orta Qərvənd-Xındırıstan, əfətli-Həsənxanlı avtomobil yollarının əsaslı təmirinin reallaşmasına çalışmalıyıq...
icra başçısıyla daha bir görüşümüzü başa vururuq.
inanıram ki, doğma kəndimizi şəhərə çevirmək niyyətində olan Raqub Məmmədova qəsəbədə və ümumilikdə rayonda görülən işləri, özünündə arzu etdiyi kimi, növbəti illərdə doğma Ağdamda həyata keçirmək qismət olacaqdır. Prezident ilham əliyevin
Qarabağ probleminin həlliylə bağlı atdığı addımlar bizim bu niyyətimizin tezliklə reallaşacağına əminlik yaradır.
V.Tofiqli
Xüsusi olaraq Belediyye.info üçün
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|