Yüksək zövq və bütün memarlıq tələblərinə cavab verən Quzanlı qəsəbəsinin mərkəzi meydanı bu gün rayonun ən çox ziyarət edilən məkanına çevrilib.
Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşümüz məhz burada, rayonun mərkəzi meydanında baş tutdu.
Hər görüşdə olduğu kimi bu dəfə də icra başçısı bizi rayonda aparılan quruculuq işləriylə, həyata keçirilən layihələrlə tanış etməyi unutmadı.
Gərgin iş qrafikinin olmasına baxmayaraq həm yeni salınan asfalt yolla, həm də Muğam mərkəzində və Xalçaçılıq müəssisəsində görülən işlərlə tanış etdi.
Yol boyu bu layihələrdən həvəslə danışan Raqub Məmmədov bu dəfəki görüşün Ulu Öndər Heydər əliyevin doğum günü ərəfəsində düşdüyündən ilk olaraq onun fikirlərini də dilə gətirməyi unutmadı:
- ““Qarabağsız, Ağdamsız, Azərbaycan yaşaya bilməz”-bu fikirləri Ulu öndər Heydər əliyev 1996-cı ildə Ağdam rayonunun ziyalılarıylə görüşdə deyib. Ulu öndərin bu fikirləri rayonumuza verilən ən yüksək qiymətdir”. Bu gün Azərbaycan Prezidenti ilham əliyevin yürütdüyü siyasət bizə Ağdamımızı daha böyük ruh yüksəkliyi ilə yenidən inşa edəcəyimizə əminlik yaradır.”
Quzanlı-imamqulubəyli-Orta Qərvənd-Xındırıstan yolunda aparılan işlərlə yerindəcə bizi tanış edən R.Məmmədov layihə barəsində qeyd etdi ki, 25.3 km-lik asfalt yol ərazidəki 10 kənd və bir məcburi köçkün qəsəbəsində yaşayan 29 min nəfər əhaliyə xidmət göstərəcək:
"Dövlət proqramına uyğun olaraq həyata keçirilən bu işlər cənab Prezidentin diqqət mərkəzindədir.
Yüksək standartlara uyğun olaraq salınan yolun ilin sonundək istifadəyə verilməsi nəzərdə tutulub. Eni on metr və çiyinləri iki metr olan yolda bütün kommunikasiya sistemləri də quraşdırılacaqdır.”
Söhbətimizdə Raqub Məmmədov ötən əsrin 90-cı illərinə də qısa ekskurs etdi:
“O llərdə Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən iqtisadiyyatımız iflic vəziyyət düşmüşdü. şəhər və kəndlərimizdə dərəbəylik baş alıb gedir, haqsızlıq, zorakılıq halları adi bir hala çevrilmişdi.
Sözün həqiqi mənasında insanlar arsında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi.
Ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı başa düşürdülər ki, Azərbaycanı bundan da ağır bəlalar gözləyə bilər. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın tanınmış lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər əliyevə müraciət etdilər. Məhz Heydər əliyevin bu müraciəti qəbul edərək yenidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu.”
Fikrini davam edən icra başçısı daha sonra qeyd etdi ki, məhz bu gün rayonda görülən, həyata keçirilən layihələr Ulu öndərin yaratdığı sabitliyin, Prezident ilham əliyevin çevik siyasəti nəticəsində əldə olunduğunu bütün ağdamlılar yaxşı bilir:
“Son üç il ərzində Azərbaycan Prezidentinin regiona üç dəfə səfər etməsi bu rayona olan diqqətin göstəricisi kimi də qəbul edilməlidir.
Biz ağdamlılar, Ermənistan Silahlı Quvvələrinin cəbhədə törətdikləri təxribatlara və yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, bu gün bizə göstərilən bu etimadı layiqincə qorumalı, qiymətləndirməli və işimizlə, fəaliyyətimzlə doğrultmalıyıq.”
Qeyd edək ki, Azərbaycan Prezidenti ilham əliyev 2016-cı il dekabrın 7-də “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və Ağdam Rayon icra Hakimiyyətinə 3,0 milyon manat, o cümlədən 30 ədəd subartezian quyusunun qazılması üçün 2,0 milyon manat, qəzalı vəziyyətdə olan ictimai binalarda yaşayan 20 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evinin tikintisinə 1,0 milyon manat vəsait ayırıb.
Bu gün ən ağır və qəzalı binalarda yaşayan 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evinin tikintisi sürətlə davam etdirilir.
Kənd təsərrüfatının, xüsusən də regionda pambıqçılığın inkişafı məqsədiylə 30 ədəd subartezian quyusunun qazılması avqust ayına kimi başa çatdırılıcaqdır.
Xatırladaq ki, 2017-ci ildə rayonda 3 min hektarda pambıq əkilib.
Bununla yanaşı rayonda baramaçılığın inkişafına diqqət yetirməklə, onun istehsalının artırılması və 15.000 ton çatdılrılması nəzərdə tutulur.
Heydər əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən Muğam Mərkəzində işlər davam etdirilir. Rayonun mədəni inkişafında böyük rolu olacaq bu mədəniyyət ocağının ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
əlavə edim ki, mərkəzin təməlqoyma mərasimində Azərbaycan Prezidenti ilham əliyev və Birinci-Vitse Prezident Mehriban xanım əliyeva iştirak etmişdilər.
Bu gün yüz altmış nəfərin çalışacağı Xalçaçılıq müəsisəsində işlər davam etdirilir, 360 şagird yerlik tam orta məktəbin tikintisində, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli, imamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmiri başa çatdırılmışdır.
Sadaladığmız layihələr hazırda icra olununlardır.
Amma üzərində hazırlıq işləri aparılan onlarca layihə icrasını gözləyir. Bu gün bu həcmdə işlərin həyata keçirilməsi yaxın gələcəkdə Böyük Ağdam layihəsinin də icra olunacağından xəbər verir.
Vüqar Tofiqli