"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçaya bələdçilik edən icra başçısı

--2017-06-10 / 06:22

Düz bir il əvvəl, 10 iyun tarixində,  həyatımda xüsusi rol oynamış insan - Mehdi Səlimzadə Azərbaycan Prezidentinin  sərəncamı ilə Göyçay rayon icra Hakimiyyətinin başçısı təyin edildi.

Uzun illərdən bəri tanıdığım Mehdi Səlimzadə barəsində yazdığım bu qısa bir yazının əsas məqsədi onu nə ədliyyə generalı kimi, nə icra başçısı kimi xarakterizə etmək yox, onu bir insan kimi tanıtmaqla, həyatının bəzi məqamlarına bir daha nəzər yetirməkdir.

Söz yox ku, ali tibb təhsilinin olması onda insanlara qarşı münasibətdə daha  mərhəmətli və daha səmimi olmağa  vadar edir.

Bir il ərzində təyinat aldığı rayonda  həyata keçirdiyi layihələr, insanlarla səmimi  ünsiyyət tapması onun soy-kökündən  də irəli gəlir desəm, yanılmaram.

Bu gün ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzinin statusunun artırılaraq nazirlik yanında mərkəzdən baş idarə səviyyəsinə çatdırılmasıyla bağlı təkliflərin verilməsi, Azərbaycanı beynəlxalq tədbirlərdə layiqincə təmsil etməsi, uzun illər   Türk Dünyası BÓ™lÓ™diyyÓ™lÓ™r Birliyinin hÓ™msÓ™dri kimi beynəlxalq tribunalardakı çıxışları icra başçısının həyatının mühüm və ciddi səhifələrindəndir. 

Bələdiyyə sahəsində çoxsaylı elmi məqalələrin və monoqrafiyanın müəllifi kimi, qanunvericilikdəki boşluqların aradan qaldırılmasıyla bağlı onlarca təkliflərin verilməsi bələdiyyə sisteminin hörmət və nüfuzunun artmasına səbəb olub.

Mehdi Səlimzadə AzÓ™rbaycan BÓ™lÓ™diyyÓ™ işçiləri HÓ™mkarlar ittifaqının tÓ™sis edilmÓ™siylÓ™ bağlı yaradılan tÓ™şkilat qrupun rÓ™hbÓ™ri vÓ™ komitÓ™nin ilk sÓ™dri seçilib. 2003-cü ildə keçirilən ilk toplantıda  onun alovlu çıxışı  bu gündə göz önümdən getmir.

Mehdi Səlimzadə həm də siyasətçidir. Onun Ulu öndərlə bağlı yazdığı məqalə bu gün  saytda ən  çox oxunan yazılardandır.

1996-­2000-­cı illÓ™rdÓ™ Milli MÓ™clisin Yerli özünüidarÓ™etmÓ™ mÓ™sÓ™lÓ™lÓ™ri üzrÓ™ Daimi Komissiyasında ekspert kimi çalışıb.

2000- ­2003-­cü illÓ™rdÓ™ MÓ™rkÓ™zi Seçki Komissiyasının üzvü olması da diqqəti çəkir.

2004-­cü ilin aprelindən  Ó˜dliyyÓ™ Nazirliyinin BÓ™lÓ™diyyÓ™lÓ™rlÓ™ iş mÓ™rkÓ™zinin rÓ™isi vÓ™zifÓ™sinÓ™ təyinat alması da dəqiq yadımdadır. Onda “Həftə içi” qəzetində çalışırdım. Qəzetin ofisi də Mehdi müəllimin evinin düz yanında idi. Tez-tez görüşər, bələdiyyə məsələlərini müzakirə edər,  mənə bu istiqamətdə öz tövsiyələrini verməyi unutmazdı...

Bəli, bu bir il çox tez və sürətlə keçdi. inanıram ki, daha neçə belə illər keçsə də onun xarakterində qətiyyətli idarəçilk prinsipləri və dəyərli insani hisslər dəyişməyəcək.

Bu qısa bir yazı da mən sonda əziz insana nəyi arzulayardım:

- indiyə qədər həyatının əsas ana xəttini təşkil edən bir məqamı-vətəninə, dövlətinə sədaqətlə xidmət etməyi-bundan sonra daha ürəklə davam etdirsin.

 Hörmətlə Vüqar Tofiqli.

ŞƏRHLƏR