"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dayanacaqlardan yığılan pullar hara gedir?

--2020-08-17 / 17:42

Dəfələrlə bu mövzuya toxunmuşam. Hətta bəzi qaranlıq məqamları ictimailəşdirmişəm. Bu sahədə çox yüksək “nəf” olduğundan heç kəs bu sahəni əldən vermək istəmir. Maraqlı tərəflər ötən iyirmi il ərzində bütün vasitələrdən istifadə edərək bu sahəni əldə saxlamaq istəyiblər.

Söhbət hiss etdiyiniz kimi avtodaynacaqlardan gedir. əslində bütün sivil ölkələrdə avtodaynacaqlardan daxil olan ödənişlər yerli büdcə gəlirlərinə aid edilir. Bizdə də, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) Qanunlarına əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir.

Bizə bu gün çox maraqlıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bütün dayanacaqlarda belə bir lövhə vurub və yazır ki, “tariflər müəyyən edilənədək daynacaqlar pulsuzdur”. Amma....

Qolunda bir qırmızı ”bant”, yaxasında köhnə saralmış vəsiqəsi olan şəxs mütləq şəkildə gəlib dayanacaqlarda vəsaiti toplayır. Və deyim ki, gün ərzində tək Bakıda bu elə də az maliyyə vəsaiti etmir. Kifayət qədər böyük vəsaitdir. Bəs bu pullar hara gedir? Kimin cibinə gedir və ya hansı müəssisənin hesabına köçür. Bilən varmı?

Hər halda BNA bu pulu yğımır. Çünki elanı yazmaqda da məqsəd odur ki, desin ki, mənlik deyil.

Beləliklə, sözümüz odur ki, istər yeraltı, istər yerüstu, istərsə də gecə, məhəllədaxili dayanacaqlardan daxil olan ödənişin istiqaməti və bu sahədə pərakəndəlik aradan qaldırılmalıdır.

Belə olmaz. Bu gün pandomiyanın iqtisadiyyatı az qala iflic vəziyyətə saldığı bir dövrdə kiminsə cibinə gedən maliyyə vəsaiti nədən istər yerli, istərsə də dövlət büdcəsinə keçirilməsin?

Hər halda müfaviq qurumlar bu barədə düşünsələr yaxşı olardı.

Və təklif edərdim bələdiyyələrin indiki kritik maliyyə durumunda olmasını nəzərə alaraq onların halal maliyyə istiqaməti özlərinə qaytarılsın.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

Daha ətraflı:

http://belediyye.info/new/details/--4209.htm

ŞƏRHLƏR