Azərbaycanda demokratiyanın inkişafı digər mütərəqqi təsisatlarla yanaşı, həm də yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin fəaliyyətini təkmilləşdirməkdən, günün tələbləri səviyyəsində qaldırmaqdan çox asılıdır. Bu gün bu proses getməkdədir və hazırda bələdiyyələri cəmiyyətdən kənar təsəvvür etmək qeyri-mümkündür. inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, dövlətin idarə olunmasında vətəndaşların iştirakını bilavasitə təmin edən, eyni zamanda real yerli özünüidarəetmə orqanı olan bələdiyyələr güclü və demokratik hakimiyyətin formalaşmasında mühüm rola malikdir.
2016-cı il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bu dövrdə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Konistitusiyanın müvafiq maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa və bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara əsasən Salyan bələdiyyəsi işini seçicilərin arzu və təkliflərinə müvafiq müəyyənləşdirmiş, bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş yerli proqramlara uyğun olaraq qurur və həyata keçirir.
Ümumiyyətlə, bələdiyyəçilik, cəmiyyətimizdə yerli özünüidarəetmə orqanı kimi digər strukturlarla müqayisədə yeni olduğundan qarşıya qoyulan məqsədləri həyata keçirərkən bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşsək də 2016-cı ildə bələdiyyəmiz xeyli işlər görmüşdür.
Bu gün rayonumuzdakı tikinti, abadlıq, quruculuq işlərini görməmək mümkün deyil. Bu işlərdə Salyan bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir, şəhərin sosial-iqtisadi probleminin həllində, abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçrilməsində iştirak edir.
Hörmətli yığıncaq iştiarkçıları !
Salyan bələdiyyəsinin 14 nəfər üzvü vardır. Bunlardan 4 nəfəri qadındır. Bələdiyyədə 5 daimi komissiya və icra aparatı fəaliyyət göstərir. Komissiya sədrləri savadlı, təcrübəli və peşəkar insanlardan seçilmişdir.
Hesabat dövründə bələdiyyəmiz 30 yığıncaq keçirmiş, 191 müxtəlif məsələ müzakirə edilmişdir. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında, sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.
Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur. əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir. Bələdiyyə üzvləri və bələdiyyə aparatı işçiləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arsasında apardığı təbliğat işləri nəticəsində əhalinin bələdiyyəyə inamı daha da artır və ilbəil əhalidən yığılan əmlak və torpaq vergisinin miqdarı artmaqdadır.
Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.
Sosial Müdafiə və Sosial yönümlü işlər arasında, əlil, qaçqın, şəhid və imkansız ailələr Bələdiyyənin daima diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan sakinlərin təmsil olunduqları cəmiyyətlərlə (Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri, Çernobıl, əfqanıstan müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi Veteranları və s.) Bələdiyyə arasında sıx əlaqələr qurulub.
Bütün bayram və əlamətdar günlərdə tədbirlər keçirilir, maddi yardım və bayram sovqatları paylanılır. Hər ay imkansız ailələrin və əlillərin müraciətləri əsasında onlara maddi yardım verilir.
Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz vardır.
2016-ci ildə yerli büdcənin vəsaiti üzrə gəlirlər 200.278 manat olmuşdur, o cümlədən torpaq vergisi 23.905 manat, əmlak vergisi 23.645 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 45.450 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödəniş 91.419 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olan gəlirlər 5.859 manat və dövlət büdcəsindən dotasiya 10.000 manat olmuşdur.
Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial-quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobel əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.
2016-cı ildə bələdiyyə xəzinəsindən bələdiyyə aparatı işçilərinə 22800 manat əmək haqqı verilmiş, Dövlət Sosial Müdafiə fonduna 6295 manat, şəhər bələdiyyələri Milli Assosasiyasına isə 1212 manat, respublikanın qəzet və jurnallarının abunə yazılışına 624 manat, audit xidmətinə 2000 manat və Silahlı Qüvvələrin Yardım Fonduna 192 manat, Qarabağ müharibəsi əlilləri Cəmiyyətinə 36 manat, elektrik enerjisi haqqının ödənilməsinə 845 manat, idarə üçün yanacaq alınmasına 1260 manat və bank xidmətinə 1351 manat pul vəsaiti köçürülmüşdür.
Salyan şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin 20 Yanvar, A.Ağabəyli, A.Həsənov,Q.Səmədov, 28 May, H.Z.Tağıyev, A.Hüseynov küçələrinə, 8 saylı məktəbin və şəhər xəstəxanasının həyətlərinə asfalt basılmasına və çınqıl tökülməsinə 48346 manat, şəhərin küçələrinin işıqlandırılması üçün elektrik avadanlıqları alınmasına 4290 manat, B.Talıblı küçəsi 1 saylı evin dam örtüyünün təmirinə 996 manat, akademik Z.əliyeva adına parkın təmirinə 984 manat, şəhər zibilxanasının təmizlənməsi üçün dizel yanacağı alınmasına 2800 manat, B.Talıblı küçəsinin alaq otlarından və zibillərdən təmizlənməsinə 900 manat, T.Davudzadə küçəsindəki futbol meydançasının təmirinə 1100 manat, şəhər qəbristanlığının girişində talvar düzəldilməsinə 2850 manat, H.əliyev küçəsində və əlibəy Hüseynzadənin heykəlinin ətrafında görülən tikinti təmir işlərinə 19639 manat, Salyan şəhər şəhidlər kompleksinin təmirinə 4260, əhalinin istirahətinin təşkili ilə əlaqədar olaraq şəhərin H.əliyev küçəsinə qoyulmaq üçün 7 ədəd skamya düzəldilməsinə 246 manat, «Ahıllar evi» üçün barilyef düzəldilməsinə 80 manat, bələdiyyə icra aparatı binasının və otaqlarının təmirinə 6560 manat, Salyan məktəblilərinin Bakı şəhərinə səyyahəti üçün avtobus ayrılmasına 200 manat, Salyan şəhərində içməli su xətlərinin dəyişilməsi ilə əlaqədar olaraq aztəminatlı ailələrə içməli su xətti çəkilişinə 4440 manat, şəhərin ayrı-ayrı küçələrinə qoymaq üçün 5 ədəd iri həcmli metal zibil qutuları hazırlanmasına 800 manat, Yeni ildə şəhərin bəzədilməsinə 1200 manat, şəhər 18 saylı bağçada Uşaq yaradıcılıq mərkəzində, Texniki Yaradıcılıq mərkəzində və Ekoloji tərbiyə və təcrübəçilik mərkəzində təhsil alan aztəminatlı uşaqlar üçün yeni il hədiyyələrinin alınmasına 1530 manat pul vəsaiti xərclənmişdir.
Bələdiyyə 2016-cı ildə rayonda keçirilən tədbirlərdə yaxından iştirak edərək, rayonda keçirilən tədbirlər üçün səyyar səhnənin quraşdırılmasına və icarəyə stul götürlməsinə 640 manat, cəbhə xəttində qulluq edən əsgərlər üçün Novruz bayramı sovqatı alınmasına 805 manat pul vəsaiti xərclənmişdir.
Salyan Bələdiyyəsi 2016-cı ildə aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, digər kateqoriyadan olan imkansız vətəndaşlara 13816 manat pul yardımı etmişdir. Xalqımızın əziz günləri olan Novruz, Ramazan və Qurban bayramlarında aztəminatlı ailələrə bayram sovqatı paylanmasına 5580 manat, evi tamamilə yanmış Nəcəfov Rəsulun evinin təmirinə 3050 manat, qrunt suların nəticəsində evi tamamilə yarasız hala düşmüş Hüseynov inqilabın evinin təmirinə 3300 manat və həyətini su basmış Ağayeva Rənanın həyətinə torpaq daşınmasına 1250 manat, fərdi yaşayış evlərinin təmiri ilə əlaqədar olaraq aztəminatlı ailələr üçün tikinti materialları alınmasına 8760 manat, kimsəsiz Sadıqov Raufun dəfninin və dəfn mərasiminin keçirilməsinə 600 manat, Azərbaycan Respublikası əMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almaq üçün dövlət rüsumlarının və xidmət haqlarının ödənilməsinə 24671 manat pul vəsaiti xərclənmişdir.
Salyan bələdiyyəsi öz fəaliyyətini əsasən əhalinin müxtəlif təbəqələri tərəfindən irəli sürülən məsələlərin həlli istiqamətində qurmaqla, ölkədə əhalinin sosial-iqtisadi çətinliklərinin həllində dövlətə yaxın köməkçi olmaq, dövlət tərəfindən həyata keçrilməsi nəzərdə tutulmayan tədbirlərin icrasını təmin etməklə əhalinin ehtiyaclı təbəqəsinə yardımçı olmaq bələdiyyəmizin fəaliyyətinin əsasını təşkil edir.
Bələdiyyəmiz hər il həyata keçiriləcək tədbirləri rayon icra hakimiyyəti ilə birlikdə nəzərdən keçirir və yeni vəzifələr müəyyənləşdirir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, rayon bələdiyyələri əlaqələndirmə şurası ilə rayon icra Hakimiyyəti arasında koordinasiya şurası yaradılmışdır ki, bu da işlərimizin planlı və düzgün istiqamətdə qurulmasında böyük rol oynayır.
Bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsi və onun əsl özünüidarə orqanına çevrilməsi məqsədilə şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli assosiasiyalarının fəaliyyəti diqqətə layiqdir.
Hesabat dövründə vətəndaşların ərizə və şikayətlərinə baxılması gündəlik fəaliyyətimizin başlıca istiqamətlərindən biri olmuşdur. 2016-cı ildə vətəndaşlar tərəfindən bələdiyyəyə 233 ərizə, şikayət və müraciətlər daxil olmuşdur ki, bunlar da əsasən müsbət həll edilmişdir.
2016-cı ildə vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün 23166 kvm, sahibkarlıq fəaliyyəti üçün isə 693 kvm torpaq sahəsi vətandaşların mülkiyyətinə verilmişdir.
Yuxarıda qeyd olunanlarla bərabər qeyd etmək istərdim ki, görülən işlər bizi o qədər də qane etmir. ərazimizin sosial-iqtisadi həyatı ilə bağlı həllini gözləyən bir çox məsələlər vardır. Belə ki, şəhərin bir sıra küçələrinin abadlıq işlərinə, sakinlərimizin sosial- məişət şəraitindəki çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə böyük ehtiyac vardır. əhalinin qaz, su, elektrik enerjisi təchizatı ilə bağlı problemləri çox təssüf ki, bü gündə vardır. Lakin qazın, suyun, elektrik enerjisinin verilməsində subyektiv səbəblər də vardır. Belə ki, əhalinin bir hissəsinin qazın, suyun, elektrik enerjisinin pulunu ödəməməsi həmin səbəblərdən biridir.
Təssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri yoxdur.
şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir. Rayon icra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam edir.
Bundan başqa RiH-i tərəfindən ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir.
Rayon sanitar-epidomoloji mərkəzindən xahiş olunur, həmin vətəndaşlar haqqında müvafiq tədbir görsünlər.
Bildiyiniz kimi şəhər qəbristanlığında RiH-i və şəhər bələdiyyəsi tərəfindən mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına baxmayaraq ayrı-ayrı vətəndaşlar qəbristanlıqda mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz haldır. Yığıncaqda din xadimlərinin də iştirak etməsindən istifadə edərək onların da bu işlərə yardım etmələrini xahiş edirəm.
Bu gün rayonumuzda, o cümlədən Salyan şəhərində hörmətli icra başçımız S.Hətəmovun rəhbərliyi və gərgin əməyi nəticəsində gedən abadlıq-quruculuq işlərini görməmək və qiymətləndirməmək sadəcə insafsızlıq olardı. Biz də şəhərimizin daha da abadlaşmasında və sosial məsələlərin həllində hörmətli başçımız S.Hətəmovun köməkliyi və qayğısı nəticəsində öz işlərimizi qurur və bundan sonra da var gücümüzü əsirgəməyəcəyik.
Vaqif Hüseynov
Salyan bələdiyyəsinin sədri