"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2017 - cü ildə qarşıınızda cox görüləsi işlərimiz vardır –BəLəDIYYə SəDRI YAZIR

--2017-01-23 / 17:32

Bildiyiniz kimi bələdiyyələrin fəaliyyət zamanı bələdiyyə üzvlərinin il ərzində gördüyü işlər barədə öz secicilərinə hesabat verməsi “bələdiyyələrin statusu haqqında “ Azərbaycan respublikasının qanununun 15 –maddəsinin tələbinə uyğun olaraq ildə iki dəfə altı aydan bir hesabat verməklə həyata kecirilir .Bu gün bələdiyyəmizin 2016-cü il ərzində fəaliyyəti zamanı görülən işlərin secicilərimizə catdırılması məqsədilə toplamışıq .

Məlumat ücün bildirirəm ki “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”Azərbaycan Resbublikasının Qanununun 11-ci il maddəsinə 3-cü hissəsinə dəyişiklik edilməsi barədə 25 oktyabr 2011-ci il tarixi 216-IV QD nömrəli Azərbaycan Resbublikasının Qanuna əsasən Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında birinci yarımilliyin maliyyə hesabatını büdcə daimi komissiyası iyul ayını 15-nə kim,illik maliyyə hesabatını isə növbəti ilin yanvar ayının 30-na kimi bələdiyyə iclasına təqdim etməli və təqdim olunmuş maliyyə hesabatı bələdiyyə iclasını qərarı ilə 15-ğün müddətində təsdiq edilməlidir.Sonra yerli əhalini taniş etmək məqsədilə illik    hesabatı onlara elan,bulleten,yerli mətbuat və internet və.s vasitələrlə çatdırılır.Biz də bu ğün barədə iştirak etməyənlərin tanış olması məqsədilə,elan vastəsilə çatdırılmasını təmin edəcəyik

 Bildiyimiz kimi bələdiyyəmizdə bələdiyyə üzvlərindən ibarət 4(dörd)daimi “Ekoloji məsələlər”,”Büdcə məsələləri”,”iqdisadi inkişaf  məsələləri”və “Sosial inkişaf məsələləri” komissiyaları fəaliyyət ğöstərirlər.Bələdiyyəmizin 2016-cü ilin bir illik fəaliyyəti zamanı seçicilərdən 97 müraciətlər daxil olmuş onun 92-i müsbət həll olmuş,5-i bələdiyyə səlahiyyətinə aid olmadığınan aidiyyatı üzrə yönəldilmişdir.Daxil olmuş rəsmi müraciətlər xüsusi qeydiyyat kitablarında qeydiyyata alınaraq aidiyyatı daimi komisiyalarda müzakirə edildikdən sonra bələdiyyənin ümumi iclaslarında təsdiq olunmuşdur.Ümumiyyətlə bələdiyyənin ğördüyü bütün işlər barədə məsələlər əvvəlcə müvafiq daimi komissiyyalarda müzakirə edilərək qərar qəbul edilmiş və komissiyada qəbul edilmiş qərarlar bələdiyyənın ümumi iclasında müzakirə edildikdən sonra işlər icra olunmuşdur.

 2016-cü il ərzində Bələdiyyənin ümumi iclaslarında müzakirə edilmiş məsələlərin daimi komissiyaların iclaslarında müzakirə edilmiş məsələlər təşkil etmişdir. Belə ki “Sosial inkişaf məsələləri”komissiyasında 11-məsələyə əsasən bələdiyyənin inzibati binasında olan giriş qapısının dəyişdirilməsinə 500 manat, Bankə qəsəbəsində olan mərkəzi küçədə ictimai ayaqyolunun inşa edilməsinə 1186 manat, bələdiyyənin əsas binasına giriş hissəsində zəncirin vurulmasına 100 manat, Qurban bayramı ilə əlaqədar ərazidə yaşayan az təminatlı ailələrə qurban paylarının verilməsi 260 manat, Bayraq meydanında ümumilli liderimiz Heydər əliyevin stentinin dəyişdirilməsinə 1000 manat, güclü yağan yağışlar neticesində Bankə körpüsünün aşağı hissəsindən su kanalı qazılaraq cuğun boruların atılmasına və suyun kürə axıdılması nəticəsində seyidlər kəndi tamamilə qrunt sularından azad olundu bu işlərin görülməsi üçün 1149 manat, Kürkənd və 2 saylı Mayak yolunun cari təmir olunmasına 447 manat,güclü yağan yağışlar nəticəsində şəhərin M.ə.Rəsulzadə küçəsində olan evlər su altımda qalmışdır qrunt sularının təmizlənməsi üçün 168 manat, şəhərin altıncı məhəlləsində yolun təmirinə 149 manat, şəhərin beşinci məhəlləsinini yollarının təmirinə 1824 manat, yeni il bayramı ilə əlaqədar olaraq az təminatlı ailələrə yeni il hədiyyələrinin verilməsinə 885 manat və Neftçala bələdiyyəsi ərazisində yaşayan 23 nəfər aztəminatlı ailələrə yardımların verilməsi ilə  bağlı məsələlər,”iktisadi inkişaf məsələləri”komissiyasında on yeddi məsələ əsəsən torpaqla bağlı məsələlər,”Büdcə məsələləri “komissiyasında on üc məsələ əsasən vəsait ayrılması ilə bağlı və Azərbaycan Respublikasının milli qəhramanı həmyerlimiz Samid imanivun doğum günü münasibəti ilə əlaqədar tədbirin kecirilməsi məsələləri və “ Ekaloji məsələləri “ komissiyasında altı məsələ bələdiyyənin Neftcala rayonu Neftcala şəhərində əhali tərəfindən məişət tullantılarının küçələrə atılaraq antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində məsələlərlə bağlı olmuşdur.

Sizlərin diqqətini 2016-cü ilin Yerli büdcənin icrası ilə əlaqədar məsələyə yönəltmək istərdim.

Bildiyiniz kimi bələdiyyəmizin yerli büdcəsinin daxilolmaları yalnız aşağıdakı sahələrdən formalaşır. Fiziki şəxslərdən torpaq verqisinin yığılmasından, əmlak vergisindən, icarə haqqından, torpaq satışından və dövlət büdcəsindən ayrılmış  dotasiyadan formalaşır.

Nəzərinizə catdırmaq istəyirəm ki 2016-cü ildə yerli büdcəyə həmin sahələrdən aşağıdakı qaydalarda daxılolmalar olmuşdur. Fiziki şəxslərdən torpaq verqisi 6899.57 manat, torpaqların icarəyə verilməsindən  15.947.21 manat, torpaq satışından daxıl olma   5.689.71   manat, dövlət büdcəsindən dotasiya       5000    manat,  əmlak verqisi  15.429.80 manat, pay torpağı 2.061.67  manat,  reklam ödənişlərindən daxil olan vəsait 6.150 manat, cəmi  daxilolmaların həcmi  57.178 manata bərabər olub.

 Yerli büdcəyə daxil olmuş vəsait aşağıdakı qaydada xərclənilmişdir.

- əməkhaqqı_____________________________________21944.92 manat

-DSMF_________________________________________7570.00 manat

-Abadlıq________________________________________4860.5 manat

-YXO-na gəlir verqisi______________________________203.11 manat

-Dəfdərxana______________________________________1084.00 manat

Dəfn və yas mərasimlərinə yardım____________________2410.00 manat

Dövlət Reyesterinə________________________________607.00 manat

Abunə xərcləri ____________________________________123.00 manat

Rabitə xərclərinə___________________________________788.75 manat

Enerji____________________________________________183.36 manat

Ekoloji xərclər_____________________________________700.00 manat

əmlak DəDRX____________________________________2734.00 manat

Kadastr xərci_______________________________________1983.00 manat

Bank rüsumu______________________________________898.49 manat

Ezamiyyə xərci____________________________________578.00 mamat

Audit ____________________________________________2000.00 manat

Mal material alışı____________________________________2633.5 manat

Təsətufat xərci______________________________________832.4 manat

Xidmət müqaviləsi___________________________________2405.00 manat

Kənd qida həmkarlar_________________________________163.80 manat

Qiymətləndirmə_____________________________________20.00 manat

əmlak DəDRX____________________________________504.00 manat

Məktəb və baxcalara yeni il hədiyyəsi___________________885.00 manat

Dövlət Reyesterinə________________________________   480.00 manat

 

Məxaricin yekunu 57021.83 manat  olub

Göründüyü kimi Yerli büdcənin mədaxil hissəsində yerli daxil olmalardan ödəyicilər tərəfindən torpaq icarəsindən 50 faiz olmuşdur, fiziki şəxslərdən torpaq verqisi isə nisbətən yüksək 70% icra olunmuşdur ki, bu da ümumulikdə yerli büdcənin illik gəlir hissəsinin kəsirlə 30 % yerinə yetirilməsinə gətirib cıxarmışdır.

Yerli büdcənin xərc hissəsinə nəzər saldıqda qeyd etməliyəmki 2016-cü ilin  yerli büdcəsi kəsrlə icra olunsa da əvəzində xeyli işlər görülmüşdür.

əziz secicilər bütün görülən işlərlə yanaşı nöksanlarımız da mövcuddur.Belə ki bildiyiniz kimi bələdiyyəmizin məişət tullantılarının daşınması ücün hec bir maşın və texnikası yoxdur ki , bu işi mütəşəkkil təşkil edək və yaxud hər dəfə kimlərdənsə həmin tullantıların daşınması ücün texnika alınması və vəsait sərf edilməsi acıq etiraf etməliyəm ki baha başa gəlir .Ona görə də biz yalnız tullantıların məhv edilməsi ücün xususi quyular qazdırdıq ki,ora tökülsün və yandırılsın.Bu gün həmin iş lazımınca yerinə yetirilmiş və şəhərimizdə yaranan məişət tullantılarının məhv olunması işi məni bir bələdiyyə rəhbəri kimi qane etmir.Eyni zamanda mən secicilərmizdə də xahiş edirəm məişət tullantılarına hər kücədə hazırladığımız xususi yerlərə atsınlar. Bu bələdiyyə ərazisinin  təmizliyidir.

2017 - cü ildə qarşıınızda cox görüləsi işlərimiz vardır.

Fəaliyyət göstərən hər bir komissiya üzvünün tədbirlər planına icra etməyə borcludur.Bildiyiniz kimi görülən hər bir iş bələdiyyə üzvlərindən və şəhər sakinlərindən ibarət yaradılan komissiya tərəfindən birgə tərtib olunmuş Akt-lar komissiyada müzakirə olunduqdan sonra bələdiyyə iclasında müzakirə edilir və işin icrasına vəsait ayrılır.

əziz secicilər sizləri əmin edirəm ki,nəzərdə tutulmuş bu kumi sosial yönümlü məsələlərin 2017-ci ildə həllinə sizlərlə birlikdə nail olacağıq.

 A.B.Aslanov

Neftcala bələdiyyəsinin sədri                                                      

 

ŞƏRHLƏR