Zabrat Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları əsasında fəaliyyətini qurur.
il ərzində fəaliyyətimizin əsas istiqamətlərindən biri qəsəbə ərazisində abadlıq və quruculuq işlərinin həyata keçirilməsi olmuşdur. Bu məqsədlə qəsəbə ərazisində məişət və digər tullantıların yığılıb daşınmasına və qəsəbə ərazisində məhəllədaxili yolların cari və əsaslı təmirinə daha cox diqqət ayrılmışdır. Bu istiqamətdə həyata keçirilən işlərdən ən böyük əhəmiyyət kəsb edəni Mirzəağa əliyev küçəsi ilə Vidadi küçəsini birləşdirən piyada yolun əsaslı təmiri olmuşdur. 342m2 asfalt örtüyü vurularaq gün ərzində 1.200–dən çox bu yolla hərəkət edən sakinlərimizin, əsasən də məktəb şagirdlərinin rahat gediş-gəlişi təmin olunmuşdur.
Bəxtiyar Vahabzadə, Züleyxa Seyidməmmədova və əbdülkərim əlizadə küçələrində 270 m3 daş-çınqıl tökülərək gediş-gəliş nisbətən rahatlaşmışdır.
Musa Bayramov, Babək və əmir Bağırov küçələrində 6800 m2 divar örtüyü rənglənmişdir. Bu gün də Musa Bayramov küçəsində yerləşən çirkab suların vurulması üçün “Motor-nasosun” enerji sərfiyyatı bələdiyyə tərəfindən ödənilməkdədir.
il ərzində fəaliyyət istiqamətlərimizdən biri də az təminatlı ailələrə maddi və mənəvi dəstəyin göstərilməsi olmuşdur. Bu məqsəd üçün bələdiyyə büdcəsindən xeyli vəsait xərclənmişdir. 18-nəfər qəsəbə sakininə maddi köməklik göstərilmişdir. Dərs ilinin başlanması ilə əlaqədar olaraq aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazımatı alınıb verilmişdir. Aztəminatlı tənha qocalara ərzaq bağlaması çatdırılmışdır.
“Qurban bayramı” münasibəti ilə 30 ailəyə bayram sovqatı çatdırılmışdır.
Qəsəbədə “Novruz bayramı” şənliyinin keçirilməsində təşkilatı işlərdə yaxından iştirak edərək bu tədbir üçün də bələdiyyə büdcəsindən vəsait ayrılmişdir.
Qışa hazırlıq məqsədi ilə yollara səpilməsi üçün texniki duz alınıb tədarük edilmişdir.
2018-ci ildə vətəndaşlardan və ayrı-ayrı idarə - təşkilatlardan 73 ədəd məktub, müraciət daxil olmuşdur. Onlardan 20-sı məlumat xarakterli olmuşdur. Daxil olan müraciətlər Azərbaycan Respublikası Prezidentinin 30.09.2015-ci il tarixli fərmanı ilə təstiq edilmiş “Vətəndaşların vəziyyətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vaxtı-vaxtında araşdırılaraq cavablandırılmışdır.
il ərzində vətəndaşlara və ayrı-ayrı idarə-təşkilatlara 100 məktub ünvanlanmış, 65-ədəd arayış verilmiş, 7 ümumi və 15 kadrlarla bağlı əmrlər verilmişdir.
Bələdiyyənin 16 dəfə ümumi yığıncağı keçirilmişdir. Keçirilən iclaslarda 28-qərar verilmişdir. Qəbul olunmuş qərarların çoxu icra olunmuş və olunmaqdadırlar.
Hesab edirəm ki, il əzində həyata keçirilən işlərin həcmi icrasını gözləyən işlərin böyük olmayan bir qismini təşkil edir. Amma qarşıdan gələn 2019-cu ildə işlərimizi daha yüksək səviyyədə quraraq daha çox həllini gözləyən sosial məsələlərin həllinə nail olmağa çalışacağıq. Ümüdvaram ki, 2019-cu` il bizim bələdiyyə üçün tam quruculuq və abadlıq ili olacaqdır.
N.Y.Nəsirova
Sabunçu rayonu Zabrat Bələdiyyəsinin sədri