Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə qəsəbədə abadlıq işləri çərçivəsində əmircan - Qaraçuxur yolunun sağ və sol tərəfində 250 “Eldar” şamı əkib. Sədrin sözlərinə görə, ağacəkimi kampaniyası mövsümun sonunadək davam edəcək.
Bundan əlavə bələdiyyənin təşəbbüsü ilə “2704” avtoqarajına gedən yolun ətrafında təmizlik işləri həyata keçirilib. əhalinin və yoldan ötən avtomobil sahibləri tərəfindən ətrafa atılan zibil tullantıları gün ərzində yığılaraq təmizlənib. Bələdiyyə tərəfindən sakinlər və sürücülər arasında maarifləndirmə işlərinin aparmaqla yanaşı ərazidə sosial rekalmların asılması qərara alınıb.
Büdcə layihəsinə toxunan sədr bildirib ki, 16 dekabr 2015-ci il tarixdə bələdiyyənin növbəti il üçün büdcəsi bələdiyyə iclasında təsdiq edilib.
Hələ noyabr ayından başlanan müzakirələrdə büdcənin gəlir hissəsinin 260 min manat olması qərara alınıb.
Gəlirlərin əsas hissəsinin əmlak vergisinin yığımından olması gözlənilir. Xərc hissəsində əsas diqqət qəsəbənin abadlığı ilə yanaşı aztəminatlı ailələrə dəfn xərcləri, fövqəladə vəziyyətlər üçün xərclər də nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|